Uşaqları xərçəngdən necə qorumalı?
Türkiyənin Səhhət Elmləri universiteti Təhsil üzvü və pediatr Vefik Arıca bu xəstəliyin artdığını bildirib. Onun sözlərinə görə, qan xərçəngi başda olmaqla, sinir sistemi şişləri, dəri şişləri kimi xərçənglər ölümə səbəb olur. Hər 1 milyon uşaqdan 120-140ı xərçəng xəstəsi olur:
“Erkən diaqnoz və müalicə xəstələrin müalicəsində müsbət effekt verir. Genetik qədər ətraf mühit də əsas faktordur. Uşaqlar böyüyənə qədər bir çox təsirlərə məruz qalır”.
Həkim, körpənin qorumağın başlıca valideynlərin vəzifəsi olduğunu bildirib.
Mütəxəssis, uşağı xərçəngdən qorumaq üçün 15 qızıl qaydalardan danışıb:
"Uşağınıza ilk 6 ay sadəcə ana südü verin. 2 yaşına qədər ana südünü davam etdirin.
Siqaretdən istifadə etməyin və uşağınızı siqaret çəkilən ortamdan uzaq tutun.
Tıxacın çox olduğu yerlərdə uşağınızı gəzdirməyin.
Çox kiçik yaşda televiziya, kompüter ilə oynamağına icazə verməyin.
Paltar və yataqlarında pambıq və yun seçin.
Plastik və çox rənglənmiş oyuncaqlardan istifadə etməyin.
Məktəb ləvazimatlarını alan zaman seçici və diqqətli olun.
Ətir, yuyucu tozlardan çoxlu miqdarda istifadədən qaçının.
Kolbasa, sosis kimi qidalardan uzaq tutun.
Şəkəri yüksək olan yeməklər, şirniyyatlar verməyin”.
Bununla yanaşı pediatr təzə meyvə və tərəvəzlərin bol verilməsinin tərəfdarı olduğunu vurğulayıb. D vitamininin isə xərçəngə qarşı anti zəhər olduğunu bildirib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşaqları xərçəngdən necə qorumalı?" haqqında müzakirə