YUXUGƏTİRİCİ 10 TƏBİİ VASİTƏ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 5 467
  • 0 rəy

YUXUGƏTİRİCİ 10 TƏBİİ VASİTƏ
Əgər sizin yuxunuz gəlmirsə tez yuxu dərmanı atmağa çalışmayın. Evdə əlinizin altında olan bəzi yuxugətirici vasitələr vardır ki, sizin heç bundan xəbəriniz yoxdur. Bu vasitələrdən bir neçəsi ilə sizi tanış etmək istəyirəm.
1. İsti süd sakitləşdirici təsirə malikdir. Südün tərkibində olan amin turşuları, triptofan və kalsi təbiətin insanlara bəxş etdiyi təbii yuxugətiricidir.
2. Buğda insana toxluq və istilik hissi verir. Buğdanın tərkibində melatonin, yuxu hormonu var.
3. Bananın tərkibində serotonin var. Serotonin insanın tez yuxuya getməsinə səbəb olur. Amma onu yatmazdan əvvəl az yemək lazımdır. Çünki, bananda kalori çoxdur.
4. Balla çobanyastığı dəmləməsinin qarışığı insanı gündəlik stresdən azad edir. Yatmamışdan əvvəl 1 stəkan bu çaydan içən adamın yuxusu dərin olur.
5. Yatmamışdan əvvəl bir ovuc yerfındığı yemək yuxunu dərinləşdirir. Yerfındığının tərkibində olan triptofan və maqnezium insanın tez və sakit yuxu ilə təmin edir.
6. Buğda unundan bişmiş çörək qanda insulinin miqdarını artırır. Tərkibində olan triptofan və serotonin yuxugətirici təsirə malikdir.
7. Yemişan dəmləməsini həkimlər nevrozlarda və ürək xəstəliklərində yaxşı təsir etdiyini söyləyirlər. Yatmazdan əvvəl 1 stəkan yemişan dəmləməsi yuxunu dərinləşdirir.
8. Gün ərzində 3-4 stəkan kərəviz dəmləməsi sinir sisteminin oyanıqlığını aradan qaldırır, gecə yuxusunu dərinləşdirir.
9. Mayasarmaşığı qozasının dəmləməsi ən güclü təbii yuxugətiricidir.
10. Balqabaq şirəsi arterial təzyiqi aşağı salmaqla yanaşı, bədəndə olan artıq piyləri əridir. Yatmazdan əvvəl 1 stəkan balqabaq şirəsi içmək yuxunu normallaşdırır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"YUXUGƏTİRİCİ 10 TƏBİİ VASİTƏ" haqqında müzakirə