Frontit

  • Müəllif: elnare
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 8 178
  • 0 rəy

Frontit.
Ümumi məlumat:
Frontit – alın cibinin iltihabi xəstəliyidir. Kəskin və xroniki frontit ayırd edilir. Kəskin frontit kəskin rinit, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklər fonunda yaranır. Burada alın sümüyünün travmasının da rolu vardır.
Xroniki frontitdə digər əlavə ciblərin də zədələnməsi qeyd olunur.

Əlamətləri:

Kəskin frontit alın nahiyəsində ağrı ilə başlayır. Bu ağrı alın cibinin ön divarına təzyiq etdikdə daha da artır. Bundan əlavə xəstələrdə baş ağrıları, gözlərdə ağrı, işıqdan qorxma, gözlərin sulanması müşahidə olunur. Burun tənəffüsü çətinləşir, burnun müvafiq yarısından ifrazat axır. Temperatur 39 dərəcəyə qədər qalxır, sonra isə subfebril rəqəmə düşür. Ön rinoskopiya zamanı selikli qişa hiperemiyalaşır, selikli- irinli ifrazat xaric olur.
Xroniki frontit zamanı simptomlar az nəzərə çarpır. Baş ağrıları daha zəif olur. Zədələnmiş nahiyədə küt və təzyiqedici ağrı qeyd olunur.

Siz nə edə bilərsiniz:
Bu əlamətlər olduqda həkim-otolarinqoloqa müraciət edin.

Həkim nə edə bilər:
Həkim diaqnozu kliniki əlamətlər, rentgenoloji müayinələr və diafanoskopiya nəticəsində qoyur.

Müalicəsi:
Frontitin müalicəsi konservativ aparılır. Burada əsas məqsəd cibdən ifrazatın xaric olmasını təmin etməkdir. Bu zaman orta burun keçidindən 2-3%-li efedrun hidroxlorid məhlulu yeridilir. Bu zaman yataq rejimi təyin olunur, ağrıları kəsmək üçün ağrıkəsicilər, isidici fizioterapevtik prosedurlar və antibiotiklər təyin olunur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Frontit" haqqında müzakirə