SUBARAXNOİDAL QANSIZMA

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 5 305
  • 0 rəy

SUBARAXNOİDAL QANSIZMA.
Çox vaxt beyin əsası damarlarının anevrizmalarının partlaması nəticəsində, nadir hallarda hipertoniya xəstəliyi, beyin damarlarının aterosklerozu və ya digər damar xəstəlikləri zaman yaranır. Bəzi xəstələrdə qansızma yaranana qədər alın – göz nahiyəsində güclü ağrı şəklində, gözü hərəkətə gətirən sinirin zədələnməsi əlamətlərilə, miqren tutmaları şəklində müşahidə olunur. Xəstlərdə başgicəllənmə, gözdə sayrışmalar, başda küy subaraxnoidal qansızmanın baş verəcəyini bildirən xəbərdarlıq əlamətləridir. Xəstəlik kəskin başlayır. Kəskin başağrısı meydana çıxır. Ağrı əvvəl alında, ənsə nahiyyəsində,  sonra isə bütün baş nahiyyəsində olur. Başağrısı ilə birlikdə ürəkbulanma, qusma, şüurun uzunmüddətli pozulması, psixomotor oyanma qeyd olunur. Xəstələrdə epilepsiya tutmaları da baş verə bilər. Tez bir zamanda meningeal əlamətlər, işıqdanqorxma inkişaf edir. Beyinı qansızmanın ilk mərhələsində ocaqlı beyin simptomatikası həmişə aşkar olunur, ancaq bazal arterial anevrizmanın partlaması zamanı kəllə sinirlərinin zədələnməsi əlamətləri mümkündür. Xüsusilə də gözü hərəkətə gətirən sinir, bəzən də görmə siniri və görmə çarpazı zədələnir, tempratur yüksəlir, tənəffüs, ürək-damar çatmazlığı baş verir.
DİAQNOZU: Xəstəliyin diaqnozu KT və MRT – nin nəticələrinə əsasən qoyulur.
MÜALİCƏSİ: Müalicənin 3-6 saat ərzində başlaması vacibdir. Insultun müalicəsində ürək qlükozidlərindən, arterial təzyiqi normallaşdırıcı dərmanlardan, vitaminlərdən istifadə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SUBARAXNOİDAL QANSIZMA" haqqında müzakirə