Qida vasitəsi kimi qaraciyərin faydaları
Qaraciyərin tərkibi dəmirlə zəngindir. Bu isə qanda hemoqlobinin miqdarının artmasına və qanda olam bəzi piqmentlərin miqdarının çoxalmasına səbəb olur. Qaraciyər yumşaq ətdir. Onu bişirən zaman diqqətli olmaq lazımdır. Bəzi aşbazlar qaraciyəri bişirməzdən əvvl onu süddə saxlayırlar. Bu zaman qaraciyər bişərkən daha dadlı, sərt və quru olur, əzilmir. Qaraciyəri bişirməzdən əvvəl onu təmiz yumaq lazımdır.
Qaraciyərin tərkibində zülallar, yağlar və əvəzolunmaz amin turşuları var.Qara ciyərin tərkibi A, D, K, E və B qrup vitaminlərlə zəngindir. Qaraciyərdə çoxlu miqdarda makro və mikroelementlər(dəmir, fosfor, kalium, natrium, maqnium, kalsium və s.) var. Qədim zamanlarda qaraciyər ən yaxşı müalicəvi xüsusiyyətlərə malik qida vasitəsi hesab edilib. Qədim Misirdə qaraciyəri bir çox xəstəliklərin müalicəsində istifadə ediblər. İbn Sina öz əlyazmalarında keçinin qara ciyərinin göz zəifliyində faydası olduğunu yazmışdır. Həmin zamanlar A vitamini barədə elmdə məlumatlar olmayıb. Sonralar qaraciyərin tərkibində çoxlu miqdarda A vitamininin olması və bu vitaminin gözün görmə qabiliyyətini yaxşılşadırdığı aşkar edilmişdir.
Qara ciyərin tərkibi orqanizm üçün vacib olan elementlər, vitaminlər var. Qaraciyər yemək qanın miqdarının artmasına, görmənin yaxşılaşmasına, zəifliyin aradan qalxmasına, dişlərin möhkəmlənməsinə, saçlardakı quruluğun aradan qalxmasına səbəb olur. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, oynaq problemləri olanlara qaraciyər yeməyi məsləhət bilir. Qaraciyər yemək qanda xolesterinin miqdarının azalmasına səbəb olur. Tərkibində xromun miqdarının çox olduğuna görə qaraciyər atereskleroz və şəkərli diabet xəstəliyinin əlamətlərinin azaldır.
Qaraciyərin zərərli xüsusiyyətləri
Açıq parlaq rəngli və üstündə ləkələri olan qaraciyərdən istifadə eləmək olmaz. Bu heyvanın qaraciyərinin xəstə olmasının göstəricisidir. Qanında xolesterinin miqdarı çox olan adamlara quşların qaraciyərini vermək olmaz. Bu onlarda xolesterinin miqdarının artmasına və ürək-damar xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Yaşlı adamlara həftədə 100 qramdan artıq qara ciyər yemək olmaz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qida vasitəsi kimi qaraciyərin faydaları" haqqında müzakirə