Ballı su bağırsaqlarınızdakı parazitlərin məhv olmasına və sizin arıqlamanıza səbəb ola bilər

  • Müəllif: elnare
  • Tarix: 23 iyun 2017
  • Baxış sayı: 6 552
  • 0 rəy

Ballı su bağırsaqlarınızdakı parazitlərin məhv olmasına və sizin arıqlamanıza səbəb ola bilər

Bir çay qaşığı bal bir stəkan qaynamamış suda qarışdırılır. Bu zaman 30%-li bal məhlulu alınır. Bu məhlul qanın plazmasına daxil olmaq üçün ideal tərkibə malikdir. Çiy suda balın strukturu dəyişilir. Bu zaman suda bir qrup kimyəvi birləşmələr əmələ gəlir. Bu birləşmələr ballı suyun orqanizmdə fəaliyyətini gücləndirir və ballı su orqanizm tərəfindən tez və asan sorulur.

Ballı suyun faydaları

Ballı su həzm prosesini sürətləndirir, mədə-bağırsaq fəaliyyətini yaxşılaşdırır. Ballı su orqanizmin immunitetini yüksəldir.
Parazitlərin bütün növləri mədə və bağırsaqlarda sarı rəngli qidaların olmasından xoşlanmırlar. Bağırsaq parazitlərini sarı rəngli şüalarla şüalandırdıqda onlar çoxalma prosesini dayandırırlar.
Ballı suyun tərkibindəkilər bağırsaqlardakı nəcis kütləsinə qarışdıqda onun rəngini və tərkibini dəyişdirirlər. Ballı suyu içməyə başladığınız ilk günlərdə qarnınızda şişkinlik olarsa, qorxmayın. Bunun səbəbi isə nəcis daşlarının ballı su içdikdən sonra yumşalması, şişməsi və bağırsaqları genişləndirməsidir. Bir-neçə gün ballı su içdikdə nəcis daşları yumşalır və bağırsaqlardan xaric olmağa başlayır. Bir sozlə ballı su orqanizmi hüceyrə səviyyəsində təmizləyir. Ballı su içdikdə yoğun bağırsağın fəaliyyəti normallaşır, bağırsaqların mikroflorası bərpa olunur, disbakterioz aradan qalxır.
Balın suyu asanlıqla özünə çəkmək qabiliyyəti vardır. O orqanizmə daxil olduqda artıq mayeni özünə çəkir. Bu səbəbdən də gecələr sidik kisəsiböyrəklər yüklənmir və rahatlaşır.  
Ballı suyu müalicə və profilaktika məqsdiə səhərlər acqarına içmək lazımdır. Bu zaman bir stəkan suyu birbaşa içmək lazımdır. Bu qaydaya əməl eləmək çox vacibdir. Ballı suyu birbaşa içməkdə məqsəd suyun hamısının mədəyə eyni zamanda daxil olmasına nail olmaqdır. Suyun yarısı içilən zaman mədə girəcəyindəki sfinktor bağlanır və ballı suyun üzərinə mədə turşusu tökülərək tərkibi dəyişir. Amma bir dəfəyə içildiyi zaman turşuluq ballı suyun tərkibini az dəyişir və su qana sorulur.
Ballı su üzün dərisi üçün də əla kosmetik vasitə hesab edilir. Həm qədim zamanlarda, hən də müasir kosmetologiyada ballı sudan üzün dərisinin gözəlləşməsi üçün geniş istifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ballı su bağırsaqlarınızdakı parazitlərin məhv olmasına və sizin arıqlamanıza səbəb ola bilər" haqqında müzakirə