Orqanizmdən parazitlərin təmizlənməsi

  • Müəllif: elnare
  • Tarix: 14 may 2017
  • Baxış sayı: 6 678
  • 0 rəy

Orqanizmdən parazitlərin təmizlənməsi

Hər bir orqanizmdə parazitlər yaşayır və bu parazitlər vaxtaşırı insanın orqanizmini və dolayısıyla da həyatını korlayırlar. Belə ki, parazitlər istədikləri zaman orqanizmin immunitetini aşağı salıb, müxtəlif xəstəliklər əmələ gətirə bilirlər. Bunların baş verməməsi üçün isə mütəxəssislər hamını profilaktik tədbirlər görməyə çağırır. Parazitlərin artıb çoxalmaması və orqanizm üçün təhlükəli olmaması üçün isə birçox təbii vasitələr var. Bu təbii vasitələri siz gündəlik qida məhsullarınıza daxil edərək parazitləri asanlıqla məhv edə bilərsiniz. Aşağıdakı təbii vasitələr sizin orqanizminizdəki parazitlərin təmizlənməsinə səbəb ola bilər.

  1. 1. Kəklikotu immun sistemi yüksəldir, mədə-bağırsaq sistemində olan parazitlərin orqanizmdən xaric olunmasına səbəb olur. Müalicə məqsədilə yarpaqlarından çay dəmlənib içilir.
  2. 2. Mixək dadlandırıcı kimi yeməklərə qatılır və ya çay halında içilir. Mixək antibakterial, göbələkəleyhinə və virus əleyhinə təsir göstərir. Mixəyin tərkibində olan efir yağları bağırsaqlarda olan parazit yumurtalarını məhv etmək qabiliyyətinə malikdir. Mixək bütün növ parazit yumurtalarını məhv edə bilən yeganə qidalardandır.
  3. 3. Yovşan mədə xəstəliklrinin müalicəsi zamanı istifadə olunur. Yovşanın antimikrob təsiri təbabət elminə çoxdan məlumdur. Yovşanın tünd dəmləməsi isə bağırsaq qurdları və parazitlər əleyhinə təsir göstərir. Amma, yovşan dəmləməsini azyaşlı uşaqlara və hamilə qadınlar vermək olmaz.
  4. 4. Sarımsağın bağırsaqlardakı parazitləri və qurdları öldürmək qabiliyyətinə malik olmasını hamı bilir. Sarımsaq bütün növ viruslar, göbələklər, bakteriyalar, qurdalar və parazitlər əleyhinə təsir göstərir. Sarımsaq yemək qansoran parazitləri, ağcaqanadları, gənələri orqanizmdən uzaq tutur.
  5. 5. Zəncəfil orqanizmdə zərəli bakteriyaların məhv olmasına səbəb olur.Onun iltihab əleyhinə və sakitlşdirici təsirə malik olması hamıya məlumdur. Zəncəfil immuniteti yüksəldir, parazitlər və qurdlar əleyhinə təsir göstərir. Istədiyiniz növ çayı dəmləyərkən onun içərisinə zəncəfil kökü ataraq dadını dəyişə və zəncəfilin faydalarından faydalana bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Orqanizmdən parazitlərin təmizlənməsi" haqqında müzakirə