Bu şampun saçların qeyri-adi gözəl görünməsinə səbəb olur

  • Müəllif: elnare
  • Tarix: 12 iyun 2017
  • Baxış sayı: 6 019
  • 0 rəy

Bu şampun saçların qeyri-adi gözəl görünməsinə səbəb olur

Mən əvvəllər mumyanın ən çox orqanizm üçün faydalı olduğunu düşünürdüm. Adi şampunun saçlar üçün bu qədər faydalı olduğu heç ağlıma da gəlməzdi. Bu şampun saçlarda olan bütün problemlərin həll olmasına səbəb olur. Belə ki, şampundan davamlı olaraq istifadə emək saçları sağlam, möhkəm və canlı edir.  
Şampunun tərkibi 28 kimyəvi elementdən, 30 makro və mikro elementdən, aminturşulardan, yağ turşularından və vitaminlərdən (A, B ,E) ibarətdir.
Şampunu özünüz asanlıqla hazırlaya bilərsiniz. Bunun üçün istifadə etdiyiniz şampunun 200 qramının içərisinə 10 həb xırdalanmış mumiya həbi (apteklərdə satılır) əlavə edilir və qarışdırılır. Bu zaman şampunun rəngi tündləşir, amma tərkibi daha keyfiyyətli olur. Şampundan aşağıdakı kimi istifadə edilir.
Saçları yuyarkən şampun saçlara tökülür və köpükləndirilir. Şampun köpüklənmiş halda saçlarda 2-3 dəqiqə saxlanılır. Sonra saçlarınızı bol su ilə yuyulur. Hazırladığınız mumyalı şampundan bir-neçə dəfə istifadə etdikdə saçlar canlanır, saçların ucunda olan haçalanmarar aradan qalxır, saçların həcmi artır və parlaq olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu şampun saçların qeyri-adi gözəl görünməsinə səbəb olur" haqqında müzakirə