Qışın saçlarda yaratdığı problemlər

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 141
  • 0 rəy

Havalar soyuyar-soyumaz saçların cansızlıq dövrü başlayır. Beləcə, xanımların ən gözəl və cəzbedici saçları yox olur, əvəzində cansız, quru və bəzəndə qırılmış saçlar meydana gəlir. Belə olduğu halda xanımlar çox kefsiz əhval-ruhiyyədə olurlar. Bu problemlə qarşılaşmamaq üçün saçlara qış aylarında xüsusi qulluq lazımdır. Beləki, qış aylarında üz və əllərin dərisinin çatlaması görünməsə də, saçlarda  bu problemi yaşayır. Bu halda onlara qulluq mütləqdir.

Bəzi xanımlarda papaq qoyarkən saçların dibi qaşınaraq kəpək əmələ gətirir. Davamlı olaraq qaşınan saç dibləri isə saçların yağlanmasına gətirib çıxarır. Tez-tez yuyulan saçlarda yağlı olur. Sağlam və normal saşlar istəyirsinizsə həftədə ən az 2 dəfə yumağa çalışın. Fendən istifadə də saçların zəifləməsinə gətirib çıxaran amillərdəndir. O hətta saçların tez qırılmasına və uclarında saçqıranlar yaranmaslna səbəb  olur. Ən çox ziyan isə ütü fenlərindən gəlir. Əgər gözəllik üçün hər bir şeyi gözə alırıqsa demək saşlara qulluq etməyi də əsirgəməməliyik.

Bəs necə qulluq etmək olar?

Qulluq vasitələrinin əslində mücxtəlif üsulları vardır. Bu da öz növbəsində təbii ki, xeyli zaman və pul tələb edir. Bəs necə olsun?

Bunun üçün müxtəlif maskalar etmək lazımdır.
Nəmləndirən və gurlaşdıran maska – bu maska avokado, zeytun, badam yağı və balın qarışığından hazırlanır və saç diblərinə çəkilərək 1 saat saxlanır. Belə bir maska dərinin nəmini balanslaşdıracaq, eyni zamanda saçların daha gur görünməsinə şərait yaradacaq.

Quruluq və qırılmaya qarşı – saçın həcminə uyğun sayda yumurtanın sarısını saç diblərinə sürtüb bir müddət saxlamaq olar. Bu maska sizə adi görünməsin. Qədimdə saçları yumurta ilə yuyarmışlar.

Yanan saçlara qarşı – saç ütüsü, kimyəvi prosedurlar və ya fenlərdən istifadə zamanı zərər görən saçlara xüsusi qulluq və maskalar lazımdır:

1 xörək qaşığı ayı pəncəsi (lopux) yağının üzərinə 1 ədəd yumurta sarısı, aloe şirəsi və mayonez elavə edərək qarışdırmaq və saç diblərinə vurmaq lazımdır. Daha sonra daraqla maskanı saçın uclarına kimi çəkin. Sonda başı polietilen paketə bükərək maskanı bir neçə saat saxlamaq bir müddətdən sonra iliq su və şampunla yumaq lazımdır.

1 xörək qaşığı konyak, 1 xörək qaşığı bal, 1 yumurtanın sarısı və ayı pəncəsi (lopux) və ya zeytun yağını qarəşdırın. Saçlara parıltı qaytarılması üçün maskanın içinə limon şirəsi əlavə etmək olar. Maska hazır olduqdan sonra saça çəkilərək 1 saat saxlanılır.

Yağlı saçlara qarşı – belə saçlar fərqli üsulla yuyulmalıdır. Onları ot dəmləmələri ilə yaxalamaq faydalıdır. Yağlı saçları nadir hallarda fen ilə qurutmaq və onlara forma vermək (ukladka) olar. Çalışın belə saçları fensiz qurudasınız. Bu cür saçları qısa şəkildə kəsdirin ki, forma vermək də lazım olmasın. bu halda saçlar sağlam görünəcək və tez-tez yuyulmasıda tələb olunmayacaq.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışın saçlarda yaratdığı problemlər" haqqında müzakirə