Xurmanın faydaları və zərərləri
Xurma çox dadlı və faydalı bir meyvədir. Təkcə xurma və su ilə yaşayanların ömrü uzun olur deyirlər. Hətta uzunömürlü çinlilər gündəlik qida rasionlarında xurmadan istifadə etdiklərini deyirlər.
Xurmanın tərkibində çoxlu vitamin və minerallar var. Onun tərkibində çoxlu aliminum, dəmir, fosfor, maqnium, sink, A, B, B2, B6, D vitaminləri vardır. Xurmanın tərkibində olan aminturşular beyin qan dövranı fəaliyyətini normallaşdırır. Qocalmanın sürətini azaldlr.
Xurmanın tərkibində olan pektin maddəsi xərçəng hüceyrələrini öldürür, ürək damar sistemi xəstəlikləri riskini azaldır. Nikotin turşusu isə həzm prosesini yaxşılaşdırır.
Xurma ilə diet saxlayıb arıqlamaq da mümkündür. Qida əvəzinə xurma yeyib su içməklə, orqanizmin vitamin balansını saxlamaq şərti ilə arıqlamaq olur.
Amma xurmanın bəzi zərərləri də vardır. Şəkərli diabet xəstələri ondan çox istifadə edə bilməzlər. Çünki, xurma qanda şəkərin miqdarını artırır. Lifli xurmadan çox yemək isə bağırsaq keçməzliyinə səbəb ola bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xurmanın faydaları və zərərləri" haqqında müzakirə