Qadınların döşləri aybaşıqabağı niyə ağrayır?
Qadınların döşləri aybaşıqabağı niyə ağrayır? Aybaşıönü qadınların döşləri nədən həssas olur?
Aybaşıqabağı qadınların döşlərinin həssaslaşması onların hormonları ilə əlaqəddar olur. Ovulyasiya dövründə estrogen hormonunun döş axarlarında çoxalması və aybaşıya bir həftə qalmış progestronun artması süd vəzilərinin stimulyasiyasına səbəb olur. Bu aybaşıönü sindrom adlanır və aybaşının başlanacağını xəbər verir.
Döşlərdə ağrıları necə azaltmaq olar?
Aybaşıönü sindrom zamanı döşlərdə əmələ gələn ağrıları asanlıqla aradan qaldırmaq mümkündür. Bunun üçün döşləri rahat saxlayan büstqalter taxmaq lazımdır. Döşlərin paltarda rahat oturması normal həyat ritminin davam etməsinə səbəb olur. Aybaşıönü zamanı qida rejimin riayət eləməklə də döşlərin ağrılarını azaltmaq mümkündür. Kofeinli, duzlu və yağlı qidalardan aybaşıya 1 həftə qalmış imtina eləmək bu zamanlarda çox faydalıdır. Əgər aybaşıönü döşləriniz həddindən çox ağrayırsa, o zaman həkimə müraciət edə bilərsiniz.
Həkimə getməsəniz də döşlərin aybaşıdan qabaq ağrımasında heç bir qorxulu şey yoxdur. Bu qısa müddətli bir əlamətdir və aybaşıdan sonra aradan qalxır. Mütəxəssislər ağrının dözülməz olduğu zaman isə mütləq həkimə müraciət etməyi məsləhət bilirlər.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadınların döşləri aybaşıqabağı niyə ağrayır?" haqqında müzakirə