Qadın sinəsi və onun qorunması.
Mammoloqlar qadınlara döşlərini aşağıdakılardan qorumağı məsləhət bilir.
Qadın döşü qadın bədəninin ən cazibədar hissəsi sayılır. Döşlər özünə diqqət və qayğı tələb edən bir orqandır. Çünki adi bir diqqətsizlik döşlərin zədələnməsinə səbəb ola bilir.Mammoloqlar döşlərin zərər görməməsi üçün onları aşağıdakılardan uzaq tutmağı məsləhət görür:
1. Kiçik ölçüdə büstqalter taxmaq olmaz
Bəzi qadınlar kiçik büstqalterin döşləri daha cazibədar göstərdiyini düşünürlər. Bu səbəbdən də onlar 1-2 razmer kiçik ölçüdə büstqalter taxırlar. Bu döşlər üçün çox təhlükəlidir.2. Qaçışla məşğul olan zaman büstqalter taxmaq
Qaçış zamanı bəzi qadınlar büstqalter taxmırlar. Bu zaman onlar döşlərinin daha rahat hərəkət etdiklərini düşünürlər. Amma, bu belə deyil. Qaçışla məşğul olan zaman süd vəziləri sərbəst qaldıqları üçün döşlərdə problemlər meydana çıxa bilir. Bu səbəbdən də qaçışla məşğul olan zaman büstqalter taxmağı xoşlamayanlara xüsusi idman köynəyi yeyməyi məsləhət bilinir.3. Döşləri sıxmaq olmaz
Döşlər həssas orqanlardır. Onları sıxmaq zədələnməsinə səbəb ola bilər. Bu isə ağrıya və xəstəliklərə yol aça bilir.4. Döş giləsinin ucundakı tükləri çıxrmaq olmaz
Döş giləsinin ucunda tüklərin əmələ gəlməsi normal haldır. Bu tüklər xırda və nazik olur. Amma, bu tükləri çəkib çıxardıqda onların yerinə daha cod tüklər çıxmağa başlayır. Buna görə də mütəxəssislər döş giləsinin ucunda əmələ gələn tükləri çıxarılmasını məsləhət bilmir.5. Döş giləsinə pirsinq taxmaq olmaz
Döş giləsinə pirsinq taxmaq çox təhlükəlidir. Bu döşlərdə iltihabi xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir.Mammoloqlar qadınların döşlərinə qarşı diqqətli olmalarının və hər hansı bir dəyişiklik hiss etdikləri zaman mütləq həkimə müraciət etmələrini məslhət bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadın sinəsi və onun qorunması." haqqında müzakirə