Büstqalter taxmaq, büstqalterlə yatmaq döşlər üçün təhlükəlidirmi?

  • Müəllif: elnare
  • Tarix: 1 iyun 2017
  • Baxış sayı: 13 987
  • 0 rəy

Büstqalter taxmaq, büstqalterlə yatmaq döşlər üçün təhlükəlidirmi? Büstqalterlə yatan zaman döşlərə zərər dəyirmi?

Bu sualın cababı illərlə axtarılıb. Büstqalterin taxılıb, taxılmaması barədə çoxlu fikirlər, əfsanələr və söyləntilər var. Yekun qərarın verilməsi isə qadınların ixtiyarına verilib.
Bəzi mütəxəssislər yatan zaman büstqalter taxmağın zərərli olduğunu söyləyirlər. Onlar bunun səbəbini döşün limfa axarlarına qanın normal axmaması ilə əlaqələndirirlər. Bu isə döş vəzi xərçənginin əmələ gəlməsinə səbəb olur. Bəzi qadınlar isə bunun əksini söyləyrlər. Onlar daima büstqalterlə gəzməyin döşlər üçün çox faydalı olduğunu deyirlər.
Tibbi baxımdan deyilənlərin heç biri düzgün qəbul edilmir. Döşün ölçüsünə görə büstqalterin seçilməsi döşlər üçün heç bir təhlükə törətmir. Büstqalterin ölçüsünün və modelinin normal seçilməsi döşlər üçün təhlükəli sayılmır. Elmi araşdırmalar döşlərdə fərlqliliyin əmələ gəlməsinin aşağıdakı səbəblərdən baş verdiyini qeyd edirlər:
  • * irsi faktor
  • * hamiləlik
  • * düzgün döş əmizdirməmək
  • * qocalma
Mütəxəssislər qadınlara onların komfortlu şəkildə yatmaları üçün özlərinin diqqətli olmasını tövsiyə edir. Büstqalteri geyinib-geyinməmək onların necə rahat yatmalarına bağlıdır. Amma bu zaman döşlərin tərləyib-tərləməməsinə diqqət yetirmək lazımdır. Çünki döşlər ən zərif orqanlardan sayılır və diqqət tələb edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Büstqalter taxmaq, büstqalterlə yatmaq döşlər üçün təhlükəlidirmi?" haqqında müzakirə