Döşlə uşaq əmizdirmə endometriumda xərçəng əmələ gəlməsi riskini aşağı salır
Araşdırmalar ən azı 6 ay ərzində körpəsini döşlə yedizdirən ananın endometriumunda xərçəng xəstəliyi riskinin 11% aşağı düşdüyünü sübut etmişdir.
Aparılan araşdırmalar zamanı alimlər uşaq əmizdirən anaların xərçəng xəstəliyinə digərlərindən az tutulduğunu göstərir. Bunu 17 müxtəlif yerdə aparılan araşdırmaların nəticələrin əsaslanaraq həkimlər söyləmişlər. Ginekoloqlar bunun üçün uşağı ən azı 6 ay yedizdirmək lazım olduğunu qeyd etmişlər. Araşdırmalara rəhbərlik edən Avstraliyanın Brisben Tibb İnstututnun mütəxəsisi Syusen Cordan son illərdə qadın cinsiyyət orqanlarının xərçəng xəstəliklərinin çox yayıldığını qeyd etmiş və qadınlara xəstəliyə yaxalanmamaq üçün hər vasitədən istifadə etməyi məsləhət görmüşdür. Bu vasitələrdən isə ən ön sıralarda duranı uşağı əmizdirməkdir. Ən çox da endometriumin xərçəng xəstəliyinin çox yayıldığını qeyd edən ginekoloq qadınlara bu xəstəliyə yaxalanmamaq üçün əllərindən gələni etmələrini məsləhət görür.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Həftədə 2 dəfə aspirin içsəniz…
4 yanvar 2017
Spermanın bilmədiyiniz faydaları
22 yanvar 2017
Evimizdəki təhlükə
23 yanvar 2017
Onkologiya nədir?
24 aprel 2017
"Döşlə uşaq əmizdirmə endometriumda xərçəng əmələ gəlməsi riskini aşağı salır" haqqında müzakirə