Onkologiya nədir?

  • Müəllif: elnare
  • Tarix: 24 aprel 2017
  • Baxış sayı: 9 139
  • 0 rəy

 
Onkologiya nədir?
Onkologiya onkologi xəstəliklərin öyrənilməsi, diaqnozu və müalicəsi ilə məşğul olan elmdir. Onkologiya sözünün mənası yunanca tərcümədə onkos yük, şiş, kütlə deməkdir. 
Okoloji xəstəliklər əmələ gəlməsi və inkişiafına əsaslanaraq 2 cür olur:
* xoşxassəli şişlər
* bədxassəli şişlər
Onkoloj xəstəliklər insan orqanizminin istənilən nahiyəsində əmələ gələ bilir. Bu xəstəliklrin müxtəlif formaları və növləri var. Əksər hallarda onkoloji xəstəliklər xəstənin ölüm hökmünü vürmiş olur. Buna səbəb isə bu xəstəliklərin əlamətlərinin çox vaxt gizli gedib son anda meydana çıxmasıdır. Belə ki, onkoloji xəstəliklərin çoxu xəstəliyin son mərhələsində özünü biruzə verir. Okologiyanın müxtəlif sahələri var. Bunlar aşağıdakılardır:
onkoandrolgiya – kişi cinsiyyət orqanlarının xərçəng xəstəliyini müalicə edir
onkoqastroenttrologiya – mədə-bağırsaq sisteminin şiş xəstəliklərini müalic edir
onkohemotologiya – qan və qan damarlarının xərçəng xəstəliyini müaıcə edir
onkohepatologiya – qara ciyərin şiş xəstəliklərini müalicə edir
onkoginekologiya – qadın cinsiyyt orqanlarının şiş xəstəliklərini müalicə edir
onkodermatologiya – dərinin xərçəng xəstəliklərini müalicə edir
onkomammologiya - süd vəzilərinin xərçəng xəstəliyi ilə məşğul olur
onkonefrologiya – böyrəklərin şiş xəstəlikl ilə məşğul olur
onkoproktalogiya – düz bağırsağın şiş xəstəlikləri ilə məşğul olur
onkourologiya – sidik ifrazı sisteminin şiş xəstəlikləri ilə məşğul olur
neyroonkologiya – beyin şişləri ilə məşğul olur
kardioonkologiya – ürəyin xərçəngi ilə mşğul olur
radiasyon onkologiya – radiasiya şüaları səbəbi meydana çıxan şiş xəstəlikləri ilə məşğul olur
uşaq onkologiyası - uşaqlarda və yeniyetmələrdə şiş xstəliklərinin əmələ gəlməsi, onların müayinəsi və müalicəsi ilə məşğul olur
Onkoloji xəstəliklərinin hər birinin müalicəsi ilə öz sahəsində püxtələşmiş həkimlər iştirak edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Onkologiya nədir?" haqqında müzakirə