Düz bağırsağı təmizləyən və yoğun bağırsaq xərçənginin əmələ gəlməsinin qarşısını alan 4 qida

  • Müəllif: elnare
  • Tarix: 8 iyun 2017
  • Baxış sayı: 11 665
  • 0 rəy

Düz bağırsağı təmizləyən və yoğun bağırsaq xərçənginin əmələ gəlməsinin qarşısını alan 4 qida

Xərçəng xəstəliklərinin əmələ gəlmə statistikasına görə yoğun bağırsağın xərçəngi üçüncü yerdə durur. Tibbi araşdırmalar hər il yoğun bağırsaq xəsçəngi xəstəliyinin yaşının bir az da gəncləşdiyini göstərir. Mütəxəssislər vegeteryan dietasının bu xəstəliyin qarşısını ala biləcəyini söyləyirlər. Belə ki, yoğun bağırsaq xəstəliyinin əmələ gəlməsində ət və ət mənşəli qidaların rolunun olduğu qeyd edilir. Mütəxəssislər yoğun bağırsağın xərçəng xəstəliyinə yoluxmamaq üçün ətdən çox, tərəvəzdən bişmiş qidalara üstünlük verməyi məsləhət bilir. Statistikanın hesablamaları tərəvəzlə qidalanan insanlarda bu xəstəliyə tutulmama şansının yüksək olduğunu qeyd edir.

Bağırsağın xərçəng xəstəliyinin əmələ gəlməsi qidalanma ilə əlaqədar ola bilir. Hesablamalar vegeteryanların bağırsaq xərçəngi xəstəliyinə digər insanlara nisbətən 20% az yaxalandığını söyləyirlər. Bəs bu xəstəliyə yaxalanmamaq üçün necə qidalanmaq lazımdır?

  1. 1. Lifli qidalar 
  2. Lifli qidalardan daha çox istifadə etmək lazımdır. Bu qidalar həzmin getməsini sürətləndirir və orqanizmdə toksinlərin xaric olmasını tezləşdirir. Orqanizmdən toksinlərin tez xaric olunmsı DNT-nin zədələnməməsinə və xərçəng xəstəliyinin əmələ gəlməməsinə səbəb olur.
  3. 2. Zeytun yağı
  4. Zeytun yağının tərkibi omeqa3 yağ turşusu ilə zəngindir. Qəbul edilən qidaların zeytun yağında bişirilməsi orqanizmin sağlam olmasına səbəb olur.
  5. 3. Lobya 
  6. Lobya DNT-nin mədə bağırsaq sistemində normal qalmasına səbəb olan qidalardan biri sayılır.
  7. 4. Meyvə və tərəvəzlər
  8. Bütün meyvə və tərəvəzlərin qəbulu mədə-bağırsaq sistemində xərçəng xəstəliyinin əmələ gəlmə riskini azaldır. Rafinəedilmiş şəkərdən və ət məhsullarından nə qədər uzaq durularsa xəstəliklərdən də bir o qədər qalmaq olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Düz bağırsağı təmizləyən və yoğun bağırsaq xərçənginin əmələ gəlməsinin qarşısını alan 4 qida" haqqında müzakirə