Enerji içkiləri ürəyə çox zərərdir
Bu içkilər insan ürəyinin dayanmasına səbəb ola bilir. Enerji içkiləri ürəyə çox zərərdir.
Tərkibində kofein və şəkər olan içkilər insan orqanizminə tərkibində yanlız kofein olan içkilərdən daha pis təsir edirlər. Belə içkilər ürək üçün təhlükəli sayılır. Araşdırmalar gün ərzində 4 stəkan enerji içkisi qəbul edən adamın arterial təzyiqində və ürək ritmlərində patoloji dəyişikliklər olduğunu sübut etmişdir. Araşdırmalar gün ərzində 1 litr enerji içkisi içən adamın ürək fəaliyyətində və arterial təzyiqində ciddi dəyişikliklər əmələ gəldiyini də sübuta yetirib. Bu içkinin yarım litrində 108 qram şəkər (37 çay qaşığı), 320 qram kofein və müxtəlif mənbəyi məlum olmayan qatqılar (taurin, jenşen və karnitin tərkibli)vardır.
Araşdrımada könüllülüər iştirak etmişdir. Onların birinci yarışına gün ərzində bir litr enerji içkisi, yarısına isə tərkibində 320 qram kofein, 40 ml layma şirəsi, 140 ml albalı şirəsi və qazlı su verilmişdir. Alimlər içki qəbulundan 1,2,4,6 və 24 saatdan sonra ürəyin ritmini və arterial təzyiqi nəzarət altında saxlamışlar.
Araşdırmada iştirak edən və birinci qrupa daxil olan adamların ürək döyüntüləri arasında 10 millisaniyə zaman olduğu aşkar edilmişdir. Bu aritmiya ürək üçün çox təhlükəli sayılır. Araşdırmaların müəllifi bəzi dərmanların bu pauzanı 6 millisaniyəyə gətirdikləri zaman dərmanın istifadə qaydası yazılan kağızda diqqətli olmaq tapşırılır. Enerji içkiləri isə 10 millisaniyəyə qaldıra bilir. Araşdırmanın aparan alimlər enerji içkilərinin insanlara bu cür dərmanlardan daha təhlükəli olduğunu və insanların bu içkilərdən qəbul etməmələrini təkidlə söyləyirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Enerji içkiləri ürəyə çox zərərdir" haqqında müzakirə