Qanda şəkərin normada olmamasını bildirən 7 əlamət
Qanda şəkərin normada olmamasını bildirən 7 əlamət
Qanda şəkərin normada olmaması insanın orqanizmində və həyatında bir çox xoşagəlməz hadisələrə səbəb olur. Şəkərin normada olmaması insanın bütün daxili orqanlarına, emosiyalarına və psixi vəziyyətinə birbaşa təsir edir. Bu patologiyaların baş verməməsi üçün isə qanda şəkərin miqdarının normada olmasını nəzarət altında saxlamaq lazımdır. Qanda şəkərin normasını qanın müayınəsi zamanı öyrənmək mümkündür. Müayinəni tez-tez etdirmək mümkün olmadığına görə bəzi əlamətlərə görə qanda şəkərin miqdarını bəzi əlamətlərlə öyrənmək olur. Bu əlamətlər olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. Aşağıdakı əlamətlərin olması qanda şəkərin miqdarının normal olmamasını bildirir.
1. Tez-tez acma hissi
Əgər siz tez-tez acırsınızsa və ya ətrafınızdakılardan çox yeyirsinizsə, yeməklər arasında atışdırmalıq bir şey axtarırsınızsa o zaman sizin qanınızda şəkərin miqdarı ya normadan azdır, ya da çox.2. Qarın bölgəsində piylənmə
İnsulinə rezistenliyin yarandığı zaman əmələ gələn mübadilə pozğunluğu nəticəsində qarın bölgəsində piylənmə baş verir. İnsulinin miqdarının artması karbohidratların həzm olunmamasına və qarın bölgəsində piylərin toplanmasına səbəb olur.3. Şirniyyata meyilliyin olması
Normal orqanizmin şirniyyata az meyli olur. Orqanizmin həddindən çox şirniyyata meyl eləməsi və şiriyyatdan doymaması qanda şəkərin miqdarının aşağı olmasının göstəricisidir.4. Qida qəbulundan sonra yorğunluq
Daimi yorğunluq hissinin olması, yemək qəbul etdikdən sonra özünü pis hiss etmə qanda şəkərin miqdarının aşağı olmasının əlaməti sayılır.5. Yuxunun pozulması
Qanda şəkərin miqdarının normal olmaması insanın yuxuya getməsinin çətinləşməsinə səbəb olur. II tip şəkərli diabetin əlamətlərindən biri gec yuxuya getmə və narahat ayaq sindromudur.6. Həyəcanlılıq və depressiya əlamətləri
Qanda şəkərin miqdarının normal olmaması insanın əhval ruhiyəsinı təsir edir. Bu zaman xəstələrdə əsəbilik, həyəcanlanma, qorxu hissi meydana çıxır.7. Ac qarına şəkərin miqdarı
Normada acqarına şəkərin miqdarı 70-100 arasında olmalıdır. Acqarına şəkərin miqdarının 100-125 olması şəkərönü vəziyyət sayılır. 126 və ondan çox olması isə sizin şəkərli diabetdən əziyyət çəkdiyinizin göstəricisidir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qanda şəkərin normada olmamasını bildirən 7 əlamət" haqqında müzakirə