Sağlam yaşamaq üçün necə yatmaq lazımdır?
Necə yatmağın insan sağlamlığı üçün faydalı olduğu barədə ən çox araşdırmaları ABŞ-ın Virginia ştatından olan yazıçı və tarix professoru Rocer Ekirx aparmışdır. O gecə yuxusu, harada və necə yatmaq barədə 15 il araşdırma aparmışdır. Araşdırmalar zamanı Rocer Ekirx tarixi faktları araşdırmış, bir çox faktlara və sənədlərə əsaslanaraq aşağıdakı nəticəyə gəlmişdir. Tarixi sənədləri araşdırarkən o qədim zamanlarda gecə yuxusunun iki hissəli və hər hissədə üç saatdan ibarət olduğunu aşkar etmişdir. Robert Ekirx bu barədə hətta kitab yazmışdır. Onun yazdığı kitab 2005-ci ildə çap olunmuş və kitabda tarixi faktlara dayanan 500 tarixi şəkil çap olunmuşdur. Şəkillərdə qədim zamanlarda insanların necə çarpayıda və necə yatmaları əks edilmişdir. Çap olunan şəkillərin hamısı isə qədim əlyazmalardan götürüldüyü qeyd edilmişdir. Kitabda qeyd edilmişdir ki, qədim zamanlarda insanlar 8 saatlıq yuxunun nə olduğunu bilməyiblr. Elektrikin və işığın olmadığı zamanlarda onlar hətta 8 saatdan az yatmış və gündüz olan işlərini davam etdirmişlər.
Araşdırmalar zamanı qədim dövrlərdə yaşayan adamların günün doğmasını izləməkdən xoşlandıqları aşkara çıxmışdır. Amma gecə yuxusunun orqanizm üçün faydalı olduğunu onlar da bilirlərmiş. Lakin qədim insanlar gecəyarısı yuxuya getmiş, səhər gündoğan zaman yuxudan oyanarmışlar. Onlar yuxunun birinci hissəsini gecə yarısından 2-3 saat sonraya qədər, ikinci hissəsini isə gün doğana qədər alırlarmış. Bu cür yuxu rejimi onların həm yorğunluqlarını aradan qardırır, həm də sekslə daha çox məşğul olmağa vaxtları olurmuş.Bəs indi biz keçmişdəki kimi yuxu rejiminə keçsək nələr olar?
1990-cı ildə psixiatr Tomas Veer müasir inlanların qədim zamanlardakı qayda ilə yatmaları haqqında eksperiment keçirmişdir. Eksperimentdə 14 könüllü iştitak etmişdir. Araşdırma pəncərəsi olmayan, elektrik işığı sızmayan məkanda aparılmış, iştirakçıları yalnız gün ərzində 14 saat gün işığı göstərilmişdir. Yerdə qalan 10 saatı isə iştirakçılar tam qaranlıqda keçirmişlər. Araşdırmalar zamanı iştirakçllar qədim zamanlardakı adamlar kimi yatmış və özlərini tam sağlam hisss etmişlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sağlam yaşamaq üçün necə yatmaq lazımdır?" haqqında müzakirə