Beyin hüceyrələrinin ölümünə səbəb olan iş rejimi

  • Müəllif: elnare
  • Tarix: 3 yanvar 2017
  • Baxış sayı: 3 627
  • 0 rəy

Beyin hüceyrələrinin ölümünə səbəb olan iş rejimi.
Mütəxəssislər daima gecə növbəsində işləyən adamların, bu rejimin onların beyin fəaliyyətinə mənfi təsir etdiyini söyləyirlər. Belə ki, uzun müddət gecə növbəsində işləyənlərin beyin hüceyrələrinin öldüyü öz sübutunu tapmışdır. Amerikanın bir qrup alimlərinin uzun müddət apardıqları araşdırmaların nəticəsi onlara bu barədə məlumat verməyə əsas verib. Məlumatlara əsasən gecə yuxusunun qısa və ya orta müddətli pozulması və beynin normal dincəlməməsi hüceyrələrin fəaliyyətinə patoloji təsir göstərir.
Alimlər bu araşdırmaları laboratoriya şəraitində heyvalnar üzərində aparıblar. Araşdırmaların nəticələri hətta 3 gün ərzində yuxusuz qalan beyində geridönməz proseslərin baş verdiyini qeyd edir.
Mütəxəssislər bu araşdırmaları gecə yuxusunun orqanizm üçün əvəzolunmaz faydası olduğunu insanlara çatdırmaq üçün apardıqlarını söyləyirlər. Onlar yuxusuzluğun neyronlar üçün təhlükəli olduğunu söyləyirlər.
Heyvanlar üzərində aparılan araşdırmalar aşağıdakı nəticəsi olmuşdur:
Gecə yuxusunu yatmamaq neyronların zülal əmələgəlmə funksiyasına təsir edir. Orqanizmdə zülal mübadiləsi pozulduqca zülalların əmələ gəlməsi azalır. Zülal çatışmazlığı isə əzələ toxumaları ilə bərabər beyin toxumalarının da müvəqqəti fasilələrlə  məhvinə səbəb olur.
Uzun müddətli araşdırmalar gecə növbəsində daimi işləyənlərin öz-özlərini bilməyərəkdən intihar etdiklərin söyləyirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Beyin hüceyrələrinin ölümünə səbəb olan iş rejimi" haqqında müzakirə