Valideyinində Alsheymer xəstəliyi olan uşaqlarda bu xəstəliyin baş vermə riski varmı?

  • Müəllif: elnare
  • Tarix: 3 iyun 2017
  • Baxış sayı: 1 841
  • 0 rəy

Valideyinində Alsheymer xəstəliyi olan uşaqlarda bu xəstəliyin baş vermə riski varmı?

Valideyinlərində Alsheymer xəstəliyi olan uşaqların geninə bu neqativ hal təsir edə bilir. Bu ən çox Alsheymer xəstəliyinin genin müabdiləsinə təsir etdiyi zamanlarda baş verir. Bu barədə Ayova Universitetinin mütəxəssisi Auriel Villet Universitetin saytına məqalə yerləşdirib.

Son illərdə Alsheymer xəstəliyinin yaşını cavanlaşdığını görən alim bu barədə araşdırmalar aparmışdır. Araşdırmalar xəstəliyin yaşının hər il bir az da cavanlaşdığını və xəstələrin sayının çoxaldığını qeyd etmişdir. Alim xəstəlik barədə bir çox tarixi mənbələrə müraciət etmiş, xəstəliyin sağalması və ya əlmətlərinin azalması barədə məlumatları öyrnmək üçün müxtəlif vasitələrə əl atmağa çalışmışdır. Villet öz araşdırmalar zamanı yeni gen (mitoxondrin xarici membranının translokazı 40kD) aşkar etmişdir. Bu genin orqanizmin Alsheymer xəstəliyinə tutulmasına səbəb olan gen olduğunu alim öz məqaləsində qeyd etmişdir. Halbuki, başqa alimlər bu xəstəliklər barədə araşdırmalar apararkən bu barədə heç bəhs etməyiblər.
Doktor Villet bu xəstəlik barədə elmi araşdırmalar aparan digər alimləri də diqqətini bu genə tərəf çəkməyə çalışmışdır. Müşahidələr bu geni daşıyan xəstələrin yaddaşla əlaqədar problemlərinin olduğunu aşkarlamışdır. Araşdırmalar xəstələrin valideyinlərinin yaddaşla problemlərinin olmadıqlarını aşkarlamışdır. Araşdırmalar aşağıdakıları müyyən etmişdir:  
 Əgər valideyinlərdən hər hansı biri Alsheymer xəstəliyindən əziyyət çəkmişsə və onun övladı MXMT40 geninin dayıyıcısıdırsa, o zaman həmin övladın bu xəstəliyə tutulma şansı daha yüksəkdir.
Araşdırmaların nəticələri digər bütün xəstəliklər kimi Alsheymer xəstəliyinin də irsi olduğunu təsdiqləmişdir. Alimlər hələ də təbiətin insanlara verdiyi bu xəstəliyin sağalması barədə araşdırmalarını davam etdirirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Valideyinində Alsheymer xəstəliyi olan uşaqlarda bu xəstəliyin baş vermə riski varmı?" haqqında müzakirə