Uşağa yemək yedirərkən diqqətli olun, körpələrin qida borusuna az midqar qida düşdükdə belə boğulub ölə bilərlər!
Uşağa yemək yedirərkən diqqətli olun, körpələrin qida borusuna az midqar qida düşdükdə belə boğulub ölə bilərlər!
Gənc analar mütləq oxusun!
Qida borusuna yad cisim, qida və ya su düşən zaman böyüklər də boğula bilirlər. Amma boğulma tutması zamanı böyüklər vəziyyətdən çıxa bilirlər, uşaqlar isə əksən hallarda boğulub ölürlər. Qida borusuna yad cism düşdükdə reflekslər hərəkətə keçir və öskürərək yad cismi xaric etməyə çalışır. Amma bu çox çətin bir prosesdir və əziyyətli olur. Uşaqlar bu işi yerinə yetirə bilmədiklərinə görə onlarda hadisə faciə ilə sona yetir. Bu zaman uşaqların köməyinə böyüklər çatmalıdırlar. Uşaqlarda boğulma baş verdikdə aşağıdakı əlamətlər meydana çıxır:
- * uşaqlar ağlaya bilmirlər, nəfəsalma çətinləşir
- * uşaqlar qışqırırlar, amma, səsləri çıxmır
- * uşaqların gözləri bərəlir, onların gözlərində qorxu hissi olur
- * uşaqların ağzı açılır və şirə ifraz olunur
- * dəri qızarır, sonra göyərir
- * uşaq əllərini boğazlarına doğru uzadırlar
- * bəzən uşaqların huşu itir
Bu vəziyyətdə nə etmək lazımdır?
- 1. Uşağın əllərini yuxarı qaldırmaq lazımdır. Bu zaman onların nəfəs boruları genişlənir.
- 2. Uşağı üzü aşağı şəkildə yerə uzadıb, kürək nahiyəsindən 5 dəfə təzyiq edərək basmaq lazımdır.
- 3. Uşağın qida borusuna xırda əşya və ya qida düşmüşsə, o zaman onun ayaqlarından tutub sallamaq və dilinin kökünü barmaqla basmaq lazımdır.
Uşağın nəfəs borusunu rahatlaşdırmaq üçün nə etməli?
- 1. Uşağı bir əllə arxadan qucaqlayıb, digər əllə onun mədə nahiyəsini sıxmaq lazımdır.
- 2. Uşağı üzü aşağı şəkildə saxlamaq və kürək nahiyəsindən vurmaq lzımdır.
- 3. Nəfəs borusuna ağır əşya, konfet və s. düşmüşsə o zaman uşağın ayağından tutub başı aşağı tutmaq və silkələmək lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Uşağa yemək yedirərkən diqqətli olun, körpələrin qida borusuna az midqar qida düşdükdə belə boğulub ölə bilərlər!" haqqında müzakirə