Xroniki faringit
Udlağın infeksion mənşəli xroniki gedişə malik olan zədələnməsi xroniki faringit adlanır.
Səbəbləri :
Xəstəliyin törədiciləri A qrup KOKSAKİ virusları, Episteyn-Bar, Şarder herpes virusları, Adeno virus, respirator sinsitial viruslar, para qrip ve qrip virusları; bakteriyalardan isə A qrup Hemolitik Streptokokklar, qonokoklar, difteriya çöpü , mikoplasma və xlamidiyalardır.
Simptomları:
Atrofik, Kataral və hipertofik formaları ayırd edilir.
Xroniki faringit- boqazda quruluq, qıcıqlanma əlamətləri ilə, müsayiət olunur. Bəzən quru öskürək qeyd olunur, səs zəifləyir. Xarici müayinə zamanı udlağın arxa divarının selikli qişasının quru, nazik, parlaq olması görünür. Çox vaxt selikli qişa qartmaq şəklində qurumuş seliklə örtülü olur.
Xroniki kataral və hipertrofiqk faringit: bu zaman xəstələr boğazda qıcıqlanma və yad cisim hisiyyatı və udqunma zamanı ağrıdan şikayətlənir. Xüsusilə hipertrofik faringit zamanı həkim müayinə etdikdə udlaqda çoxlu miqdar qatı selkli ifrazat aşkar edir. Bu da öskürmək və bəlğəmi çıxartmaq kimi hiss yaradır. Xüsusilə səhər daha çox öskürək baş verir və bu ürək bulanma və qusma ilə nəticələnir. Yumşaq damar və dilçək nazik və ödemli olur.
Müalicə:
Atrofik xroniki faringitdə simptomatik müalicə aparılır; qələvi məhlullarla qarqaralar, yağlı və qələvi inhalyasiyalar təyin olunur. Daxilə vitamin A, 3% li Kalium – yodid təyin olunur.
Xronik hipertrofiq faringitdə 5-10%- li gümüş nitrat məhlulundan istifadə olunur.
Proqnozu: həyat üçün çətinlik yaradır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xroniki faringit" haqqında müzakirə