Ağardıcı maskalar

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 5 549
  • 0 rəy

Ağardıcı maskalar.
Ağardıcı maskalardan gecə yatmazdan əvvəl istifadə olunur. Belə ki, bu maskaları gün işığında istifadə etmək məsləhət deyil.
Problemli dəri üçün:
1. 2xörək qaşığı kəsmik və ya südlə, 2 xörək qaşığı yaşıl noxud qarışdırılır, həmcins kütlə alınana qədər çalınır və üzə çəkilir. 20-25 dəqiqə saxlanıldıqdan sonra soyuq su ilə yuyulur.
2. Xiyarı xırdasürtgəcdən keçirib, alınan kütlənı bir xörək qaşığı qidalandırıcı kremlə qarışdırıb istifadə etmək olar.
3. Yağlı dərini müalicə etdikdə xiyar şirəsini eyni miqdarda arqla qarışdırmaq və 24 saat saxlamaq lazımdır. Pambıq dəsmalı, hazırlanmış məhlula batıraraq islatma edib, 15-20 dəqiqə üzdə saxlamaq lazımdır.
4. 1 yumurtanın ağı çalınaraq üzərinə 15-20 damçı 5-10%-li perekis məhlulu əlavə edilir və qarışdırılır. 25-30 dəqiqə üzdə saxlanılır.

 Quru dəri üçün:
1. Eyni miqdarda qaymaq və limon suyu 5-10 damcı 10%-li perekislə qarışdırılır və pambıqla üzə çəkilir. 30-40 dəqiqə üzdə qaldıqdan sonra ilıq su ilə yuyulur.
2. 1 xörək qaşığı cökə çiçəyi 20 dəqiqə bir stəkan suda dəmlənir, üzərinə 1 çay qaşığı bal əlavə olunur və soyudulur. Üzə islatma edilir, 20-25 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur.
3. 1 limonun şirəsi 100 qr balla qarışdırılır. Günaşırı üzə və sinəyə çəkilir, 10-30 dəq.saxlanılır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağardıcı maskalar" haqqında müzakirə