Hər gün üzünüzü 10 saniyə pomidor dilimi ilə silin! Effektinə özünüz də heyran qalacaqsınız.

  • Müəllif: elnare
  • Tarix: 9 may 2017
  • Baxış sayı: 4 071
  • 0 rəy

Hər gün üzünüzü 10 saniyə pomidor dilimi ilə silin! Effektinə özünüz də heyran qalacaqsınız.

Yaşından asılı olmayaraq hər yaşında insanlar gözəl görünmk istəyir. Özünə diqqət yetirən hər bir qadın və kişi daima xarici görünüşünə diqqət yetrməlidir. Xarici görünüş dedikdə isə ilk növbədə ağıla gələn şey insanın dərisi olur. Gözəl dəriyə sahib olmaq hər bir kəsin arzusudur. Gözəl dəriyə sahib olmaq üçün isə dəriyə daima qulluq etmək lazımdır.

Bunun üçün isə ən sadə vasitələrdən biri dərini pomidorla silməkdir. 
Pomidorla dərinin silinməsi dəridə olan piy follikullarının fəaliyyətini normallaşdırır, qara nöqtələri təmizləyir və dərinin bir çox problemlərini həll edir. Pomidorla üzü silmək sizin zaman və pul sərf etmənizə səbəb olmayacaq. Mütəxəssislər uzun müddət dərinin pomidorla silinməsinin dəridəki akne xəstəliyini sağaltdığını, dərinin rənginin gözəlləşdirdiyini qeyd edirlər. Pomidorun tərkibində olan C, K,E, A vitamini və müxtəlif minerallar dəridə olan yeni hüceyrə əmələ gəlmə fəaliyyətinin aktivliyini artırır və xırda qırışları aradan qaldırır.
Yazılanları əldə etmək üçün pomidoru qalın dilimlərə bölüb üz dərisinin qırış və ya səpgilər olan hissələrinə qoymaq və ya sürtmək lazımdır. Əgər sizin pomidor dilimləri ilə uzanıb bir yerdə qalmağınıza vaxtınız yoxdursa o zaman pomidorun qabığını soyun və suyunu çıxarıb pambıqla üzünüzə sürtün.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hər gün üzünüzü 10 saniyə pomidor dilimi ilə silin! Effektinə özünüz də heyran qalacaqsınız." haqqında müzakirə