Bağırsaq qurdları
QIL QURDU.
Ən çox uşaqlarda rast gəlinln qurddur. Bu qurd insan bədəninə natəmiz əl və ya qida vasitəsilə daxil olur . Onun yumurtaları xaricə tokuldüdən sonra uzun müddət tələf olmurlar. Bağırsaqda artıb çoxalan qurdlar anusdan xaricə yumurtalarını qoyduqda tələf olurlar. Ancaq xarici mühitə davamlı yumurtalar natamiz yataq dəstı və ya alt paltarımıza toxunan əllər vasitəsilə yenidən əllərimiz vasitəsilə ağzımıza opradan da bağırsağa daxıl olur . Qıl qurdlar orqanizm üçün elə də təhlükəli qurd sayılmasa da ondan xilas olma yolu çox çətindir.
MÜALİCƏSİ: Xəstə qurd əleyhinə dərmanlar qəbul eləməklə birgə aşağıdakı qaydalara mütləq əməl etməlidir:
– dırnaqlarını dibindən tutmalı
– tez-tez əllərini yumalı
– yatanda qurd yumurtaları yatağa tökülməsin deyə kip və uzunayaqlı yataq paltarı geyinməli
-anus nahiyəsinin gigyenasına diqqət yetirməli
-alt paltarlarını qaynatmalıdır.
ASKARİD.
Askarid qurdu da insan bağırsağında yaşayan qurdlardan ən geniş yayılmışıdır.
Erkək parazitin uzunluğu 15-25sm, dişi parazitin uzunluğu isə 23-35 sm olur. Bu qurdlar uşaqlarda kolit şəklində qarın ağrısı, qusma, allergik səpgi , iştahsızlıq, ağızdan burundan qurdun çıxması, bağırsaq keçməzliyi kimi əlamətlər verir .
Diaqnozu nəcisdə qurd yumurtalarının tapılması ilə təyin olunur .
Müalicəsi parazit əleyhinə dərman preparatları qəbul etməklə yanaşı, gigyena qaydalarına əməl etməkdən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Bağırsaq qurdları" haqqında müzakirə