Aşağıdakılardan istifadə etdi və dəridəki xallardan xilas oldu
Dəridə əmələ gələn xallar dərinin xoşxassəli şiş xəstəliyi hesab edilir və papilloma adlanır.Papillomalar dəridən tünd rəngdə olur və nəinki,dəridə,hətta daxili orqanlarda belə əmələ gələ bilir.Onların ölçüsü 0,2-10 mm ölçüdə olur.Papillomaların əmələ gəlmə səbəbləri tibbə məlum deyil.Onlar əmələ gəldikdən qısa bir müddətdə böyüyür və kosmetik görüntünü pozur.Daxili orqanlarda əmələ gələn papillomalar isə bəzən böyüyərək orqanizmin immunitetini aşağı salır.
Dermatoloqlar müxtəlif vasitələrlə dəridə əmələ gələn papillomalardan xilas olmağın yollarını bilirlər.Amma,bəzi təbii vasitələrlə də bunlardan xilas olmağın yolları var.
Xalq təbabətində xallardan xilas olmağın bir neçə növləri vardır.
* Gün ərzində 100-200 ml qırmızı qabıqlı kartofun şirəsini sıxıb içmək daxili orqanlarda və dəridə olan xallardan xilas olmağa yardım edir.
* Gicirtkən,bağayarpağı,melissa və zəngçiçəyi kökünün qarışımından hazırlanan dəmləmə də papillomanın sorulmasına yardım edir.Bunun üçün bitkilərin hərəsindən eyni miqdarda qarışdırılır və hər dəfə 1 xörək qaşığı qarışımdan dəmlənir,3 hissəyə bölünüb içilir.
* Dəridə yenicə əmələ gəlmiş papillomalardan xilas olmaq üçün isə yumurta ağını xal əmələ gələn nahiyəyə sürtmək lazımdır.Bu zaman gün ərzində bir-neçə dəfə yumurta ağı həmin nahiyəyə sürtülür.Bu prosedur gündə 5-6 dəfə təkrar edilir,yumurta ağı quruyur və dəridən təmizlənmir.
* Lilpar bitkisinin zoğlu hissəsi eninə kəsilir və oradan axan şirə dəridəki xallara sürtülür.Bu üsulda ta qədim zamanlardan dəridəki xalları təmizləmək üçün istifadə edilir.Bitkinin budağından axan şirə xala sürtülür və üstü plastırla örtülür.Bu prosedur 10 dəfə təkrar edilir.Bu prosedur yeni xallar meydana çıxan zaman daha effektli olur.Çox əvvəllər əmələ gəlmiş dəri xallarını aradan qaldırmaq üçün isə prosedur bir-neçə həftə davam etdirilir.
* Xalların təmizlənməsinə gənəgərçək yağı da yardım edir.Onun tərkibindəki turşu dəridəki xalların həcminin kiçilməsinə və yox olmasına səbəb olur.Bunun üçün yağ gün ərzində 2 dəfə xala sürtülür və üstü plastrla örtülür.6-8 prosedurdan sonra xalların həzminin azalması gözlə hiss edilir.
* Xalların təmizlənməsinə yardım edən təbii vasitələrdən biri də kal qozun yaşıl qabığıdır. Qozun yaşıl qabığı rəndələnir və 2:1 nisbətində gerosinlə qarışdırılır.Qarışım 3 həftə sərin və qaranlıq yerdə saxlanılır,sonra sıxılır.Əldə edilən maddə gün ərzində 2 dəfə xala sürtülür.
Ev şəraitində aşağıdakı vasitələrdən istifdə etməklə də xallardan xilas olmaq mümkündür:
* 2,5 qr asetilsalisil turşusu,2 qr bor turşusu,2,5 ml 5%-li yod qarışdırılır və üzərinə az miqdarda aspirin əzilib qatılır.Qarışıma 100 qr spirt əlavə edilir və gün ərzində 3-4 dəfə xalın üzərinə sürtülür.
* Sarımsaq və soğan şirəsi də xalların ölçülərinin kiçilməsinə səbəb olur.Bir müddət sonra xalların rəngi tündləşir,quruyur və tökülür.
* 72%-li sabundan kiçik bir hissə qopardılır və xalın üzərinə qoyularaq üstü plastırla örtülür.
* Aloe yarpağını da bir-neçə gecə xalın üstünə qoyub bağladıqda xalın ölçüsü kiçilir və tədricən geri sorulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aşağıdakılardan istifadə etdi və dəridəki xallardan xilas oldu" haqqında müzakirə