Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları

  • Müəllif: elnare
  • Tarix: 16 fevral 2017
  • Baxış sayı: 3 754
  • 0 rəy

 Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları.
Qədim dövrlərdə zeytun yağını “ qızıl suyu “ adlandırıblar. Bu zeytun yağının insan orqanizminə verdiyi faydalardan dolayı olub.
* Zeytun yağı tərkibində olan turşuluq sayəsində qanda olan pis xolesterinin miqdarını azaldır və mübadilə prosesini sürətləndirir.
* Təmiz zeytun yağı arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq zeytun yağından istifadə edən adamlarda ürək-damar xəstəlikləri riski az olur. Belə adamların qan damarlarının divarları möhkəm və elastik olur.
* Zeytun yağı sümük toxumasını möhkəmləndirir. Bu səbədən də həkimlər uşaqların qidalarının təbii zeytun yağı ilə bişirilməsini tövsiyə edirlər.
* Zeytun yağı görməni yaxşılaşdırır.
*O bütün orqanların tonusunu yüksəltmək qabiliyyətinə malikdir.
* Təbii zeytun yağı sinir sisteminin də möhkəmlənməsinə səbəb olur.
* Təbii zeytun yağı ən gözəl kosmetoloji vasitə sayılır. Tərkibində olan E vitamini sayəsində zeytun yağı dərinin epidermis qatını qocalmadan qoruyur.
* Zeytun yağı mədə və bağırsaqların selikli qişasında qoruyucu təbəqə rolu oynayır. 3-4 ay müddətində acqarına zeytun yağı içmək qastriti və mədənin onikibarmaq yarasını sağaltmaq qabiliyyətinə malikdir.
* Zeytun yağı qaraciyəri toksinlərdən, şlaklardan, sərbəst radikallardan təmizləyir.
* Zeytun yağının ən gözəl xüsusiyyətlərindən biri isə onkoloji xəstəliklərin əmələ gəlmə riskini azaltmasidir. Zeytun yağının tərkibindəki antioksidantlar, turşular hüceyrələrin yenilənməsini təmin edir və orqanizmi şiş toxumalarından qoruyur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları" haqqında müzakirə