Dırnaqların qırılmaması və möhkəmlənməsi üçün nə etməli?
Dırnaqların qırılmaması və möhkəmlənməsi üçün nə etməli?
Əgər sizin dıqnaqlarınız zəifləyibsə və tez-tez qırılırsa o zaman onun toxumasının tərkibi zəifləmişdir Bu zaman dıqnaqlar tez qırılmasına baxmayaraq gec uzanır və bu da çox vaxt əllərinə qulluq eən qadınların xoşuna gəlmir. Dırnaqların bu vəziyyətə düşməsinin səbəbi isə kertin adlı proteinin orqanizmdə çatışmamasıdır. Zəif və sağlam olmayan dırnaqlar qadının əlini baxımsız göztərir.
Aşağıdakı vasitələrlə dırnaqlarda keratinin miqdarının balanslaşdırmaq və dırnaqları möhkmləndirmək mümükündür.
1. Zeytun yağı sürtmək dırnaqların nəmləndirilməsinə və yumşalaraq sağlam görünməsinə səbəb olur. Gündə 3 dəfə dırnaqlarınıza zeytun yağı sürütüb 20 dəqiqə sonra yuyun.
2. Üç qaşıq zeytun yağına bir qaşıq limon şirəsi qatın və dırnaqlarınıza sürtüb rezin əlcək geyinərək gecə səhərə qədər əllərinizini belə saxlayın, səhər əllərinizi yuyun.
3. Yaşıl çay dəmləyin və əllərinizi bu dəmləmədə 15-20 dəqiqə saxlayın.
4. Yaşıl çay dəmləməsinə buğda yağı da əlavə edərək qarışdırıb əllərinizə kompres qoya bilərsiniz. Bunun üçün pambıq parçanı qarışımda isaldın və barmaqlarınızı sarıyın. Kompres gecə boyu dırnaqlarınızda qalarsa effekti daha yaxşı olar.
5. Çay ağacı yağını gündə 2 dəfə dırnaqlarınızın dibinə sürtüb 15-20 dəqiqə saxlayın. Bu dırnaqlarınızı lazım olan minerallarla qidalandlracaq və göbələk xəstəliyini sağaldacaq.
6. E vitaminini və ya jojoba yağını da dırnaqlarınıza sürtməklə istədiyiniz nəticəni əldə edə bilərsiniz.
7. Uzun müddət hər gün kətan toxumu yemək və ya kətan yağını dırnaqlarınıza sürtməklə dırnaq problemlərinizi aradan qaldıra bilərsiniz.
8. Dırnaqlara alma sirkəsi sürtmək dırnağın maqnezium, kalium, kalsium və dəmir kimi minerallara olan ehtiyacını ödəyir.
9. Pivə ilə dırnaqları vanna eləmək onun möhkəmlənməsinə səbəb olur. Pivənin tərkibindəki selen, kalium, biotin və silikon dırnaqların möhkmlənməsinə səbəb olur.
10. Apteklərdən biotin alın və olu suda həll edib dırnaqlarınızı vanna edin. Qızıl balıq, yerkökü, yumurta sarısı,yerfındığı və badamın tərkibi biotinlə zəngin olduğu üçün davamlı olaraq onarla qidalanmaq dırnaqlarıda problemlrin əmələ gəlməsinin qarışısını alır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dırnaqların qırılmaması və möhkəmlənməsi üçün nə etməli?" haqqında müzakirə