Dırnaqlarınızın sizin sağlamlığınız haqqında demək istədiyi 5 məlumat

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 11 178
  • 0 rəy

Dırnaqlarınızın sizin sağlamlığınız haqqında demək istədiyi 5 məlumat.
Əl və ayaq dırnaqları yalnız manikür etməkdən ötrü yaradılmayıb. Onlar sizin barmaqlarınızı qoruyur və xırda əşyaların ələ alınmasında köməkçiniz olur. Dırnaqlar insanın sağlamlığı haqqında çox sözlər deyir. Belə ki, dırnaqlara baxıb orqanizminizdə olan bəzi patologiyaıarı təyin etmək mümkündür.
Dırnaqlar, dırnaq kökündə olan qəlibdən çıxır və uzanır. Onun tərkibi orqanizmdən xaric olunacaq sıxlaşmış ölü toxumalardan ibarətdir. Yeni dırnaq toxuması əmələ gəldikdə ölü toxumanı qabağa doğru itələyir və bu səbəbdən də dırnaqlar uzanır. Əgər uzanan dırnaqlarda patoloji dəyişikliklər varsa, deməli orqanizmdə patoloji poroseslər gedir.
1. Eninə zolaqlı xətlər və çökəkliklər dırnaq toxumasında olan fəaliyyətin qısa müddətli dayanmasından xəbər verir. Bu isə o deməkdir ki, qan dövranında qana müxtəlif patoloji birləşmələr qarışıb. Bu müxtəlif infeksiya və ya ciddi xəstəliklər ola bilər. Xəstəliklərin orqanizmdə inkşafa başladığı zaman isə dırnaqlarda əmələ gələn eninə zolaqlı kəsiyin meydana çıxmasından 1 ay qabaq baş verib.
2. Dırnaqda psorias özünü xırda çökəkliklər və müxtəlif patologiyalarla biruzə verir. Bu orqanizmdə gizli və ya aşkar dəri xəstəliyinin olmasından xəbər verir.
3. Uzun müddət soyuq sudan istifadə etdikdə və ya əlcəksiz qarla oynadıqdan sonra əllərininzin göyərməsi sizin qan dövranınızda pozğunluqların olmasından və ətraflarınızın oksigenlə normal qidalanmadığından xəbər verir. Bu Reyno xəstəliyinin olmasından da xəbər verə bilər.
4. Dırnaqların sarı və qalın olması göbələk xəstəliyinin olmasından xəbər verir.
5. Dırnaqların qara rəngdə olması dırnaq altında olan dərinin qaralması zamanı baş verir. Bu dırnaqaltı melanomadır və onkoloji xəstəlik hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dırnaqlarınızın sizin sağlamlığınız haqqında demək istədiyi 5 məlumat" haqqında müzakirə