Körpələrin dırnaqlarını necə kəsmək olar?

  • Müəllif: elnare
  • Tarix: 2 yanvar 2017
  • Baxış sayı: 2 345
  • 0 rəy

Körpələrdə dırnaqlar adətən düz və hamar, çox vaxt isə ucu ağ üzəri çəhrayı çalarlı şəffaf olur. Əgər siz  körpənin dırnaqları üzərində parlaq ləkələr və qabarıq zolaqlar aşkar etmisinizsə bu körpədə vitamin çatışmazlığından xəbər verir. Belə halda pediatra müraciət etmək lazımdır.

Körpələrin dırnaqlarını hər 4-5 gündən bir kəsmək lazımdır, beləki, onlarda dırnaqlar çox tez uzanır.

Bu prosedur yaxşı olar ki, vanna qəbulundan sonra edilsin. Çünki dırnaqlar su ilə kontaktdan sonra yumşaq olur. Dırnaqları kəsmək üçün ucu yumru qayçılardan və yaxud da xüsusi maqqaşlardan istifadə edilməlidir. İstifadədən öncə onları yaxcı yumaq və spirtləmək lazımdır. Yaxşı işıqlandırılmış yerdə prosedura davam edilməlidir.
İlk öncə körpənin əlini ehtiyatla əlinizə götürün, barmaqların birini digərindən ayıraraq dırnaqları kəsməyə başlayın. Kəsimlərə düzgün riayət etmək lazımdır, beləki dırnaqlar əllərdə dairəvi, ayaqlarda isə düz olmalıdır. Dırnaqları çox da qısa kəsmək lazım deyil. Onların sağlam böyüməsi üçün 1-1,5 mm saxlamaq lazımdır. Əgər dırnaqlarda iti künclər qalarsa yumşaq bıçqıyla korreksiya etmək olar.

Çalışın bu sadə qaydalara riayət edin. Körpələrə gündəlik qulluq elə də, çox zamanınızı almayacaq. Birlikdə keçirilən vaxt isə sizə müsbət əhval-ruhiyyə və xoşbəxtlik bəxş edəcək.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Körpələrin dırnaqlarını necə kəsmək olar?" haqqında müzakirə