Yuxusuzluq

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 3 110
  • 0 rəy

Yuxusuzluq.
Yuxusuzlıq dedikdə yuxu vaxtının keçməsinə baxmyaraq, yuxuya gedə bilməmək və ya yataqda qısa müddət yatdıqddan sonra oyanıb yuxuya gedə bilməmək nəzərdə tutulur. Yuxusuzluq zamanı insan yarımçıq yuxudan durur və özünü istirahət etmiş hesab eləmir. Bu səbəbdən də səhər yerindən qalxdıqda özünü əzgin və heysiz hiss edir. Yuxusuz adamın bu halı onu bütün gün narahat edir. Belə insanlar özlərini gün boyu həm fiziki və həm də zehni yorğun hesab etdiklərinə görə onların gündəlik həyat fəaliyyətləri də keyfiyyətsiz olur. Yuxusuzluq insanı mənəvi və emosional cəhətdən zəiflədir.
Həkimlər insanlara gündəlik iş fəaliyyətindən sonra normal yatmağı məsləhət görürlər. Orta yaşlı insan gün ərzində ən azı 7-8 saat gecə yuxusu yatmalıdır.
Yuxusuzluq müvəqqəti və xroniki olmaqla 2 cür olur. Müvəqqəti yuxusuzluq insanların müvəqqəti narahatçılıqları ilə, bəzi dərmanların qəbulu zamanı, xəstəliklər və ağrılar olduqda baş verir.  Xroniki yuxusuzluğun əlamətləri aşağıdakılardır:
* gec yuxuya getmək
* bütün gecəni yatmamaq
* gün boyu baş verən süstlük və yuxululuq
* əsəbilik
* depressiya
* diqqəti toplaya bilməmək, diqqətsizlik
* unutqanlıq və tez-tez çaşma
* gərginlik
* tez-tez baş verən baş ağrıları
* mədə-bağırsaqda diskomfort
* yatmaq baradə narahatlıq hissi.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yuxusuzluq" haqqında müzakirə