
Yuxusuzluq
Yuxusuzluq – nəinki pis yatmaq, tam yatmamaq, yuxuya çətin getmək deməkdir. Yuxusuzluq və ya yuxunun pozulması hamının başına gələ bilən problemdir.
Səbəbləri:
– Münasib olmayan şərait, səs–küy, isti-soyuq, çox bərk və ya çox yumşaq çarpayı
– həyat tərzini dəyişmək, səyahətlər, yeni mənzilə köçmək
– evdə və ya işdə stress vəziyyət
– ağrıya səbəb olan xəstəliklər, nəfəsalmanın çətinləşməsi, tez-tez sidik ifrazına çağırışlar
– narahatlıq-depressiya
Simptomları:
Əgər bu problem ildə 1-2 dəfə baş verirsə narahat olmağa dəyməz, bu problem öz-özünə həll ola bilər. Əgər bu problem keçmirsə, həkimə müraciət etmək lazımdır.
Siz nə edə bilərsiniz:
– Gecələr spirtli içkilər qəbul etməyin, qəhvə, şokolad, çay istifadə etməyin.
– Tərkibində kofein olan dərmanlar qəbul etməyin
– Yuxudan qabaq çox yeməyin
– Yuxudan 1-2 saat qabaq vanna qəbul edin
– Yaxşı yuxu üçün döşək sıx və rahat olmalıdır.
– Yuxudan əvvəl bir az kitab oxuyun
– Qorxulu filmlərə baxmayın
Həkim nə edə bilər:
Həkim çalışıb problemi dərmansız həll etməlidir. Mümkün olmadıqda işə həkim yuxu gətirən dərmanlar təyin edir.
Online film
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Yuxusuzluq" haqqında müzakirə