Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq
Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq
Almaniyanın Elmi Tədqiqat Universitetinin alimləri spermatozoidlərlə şiş toxumalarının müalicə edilməsi üzrində uzun illər işləyiblər. Uzun illərdir ki, xərçəng xəstəliyinin müxtəlif dərmanlarla və radio şüaları ilə müalicəsi tətbiq edilir. Xərçəngin müalicəsi zamanı istifadə bilən müalicə vasitələri xəstə hüceyrələri məhv etdiyi kimi, orqanizmdə sağlan hüceyrələrin də məhvinə səbəb olur. Xərçəngin müalicəsi zamani xəstə toxumalar məhv olduqda peptid, lipid və qızılı lpid hissəciklər və modifikasiya olunmuş limfositlər, eritrositlər, kök hüceyrələri və virus makrofaqları da zərər görür.
Almaniyalı alimlər ayrıca hərəkətli bakterioyalarla ekpriment keçirmişlər. Onlar bu bakteriyaların hərəkətini maqnit və müxtəlif kimyəvi birləşmələrin vasitəsilə idarə ediblər. Bu zaman onlar bakteriyaların orqanizmdə autoimmun reaksiyanın inkişaf etməsinin şahidi olublar. Alman alimləri qadınarda baş verən onkoloji xəstəliklərin kişi sprmatozoidləri ilə müalicə edilməsinə qərar veriblər.Spermatozoidlər orqanizmin ən kiçik hissəcikləridir və onlar lazım olduqları yerdə hərəkətli ola bilirlər. Spermatozoid baş hissə, orta hissə və quyruqdan ibarətdir. Onun hərəkətli olmasını mitoxondrinə görə baş verir. Bu spermatozoidin orta hissəsində yerləşir və quyruğa enerji verir. Spermatozoidlər öz sahiblərinin bədənində hərəkərsiz olurlar, amma başqa orqanizmə daxil olduqda aktiv şəkildə hərəkətlənməyə başlayırlar. Spermatozoidlər 1 saatda 30 santimetr yol gedə bilirlər. Mayalanma üçün isə spermatozoiodin 20 santimetr irəli getməsi yetərli sayılır. Bu da eyakulyasiyada 1-2 saat sonra baş verir.
Alimlər 3D nanolitoqrafiya vasitəsilə xüsusi konstruktor -“ tetrapodlar” əldə etmiş, qatları dəmir və titanla əhatə etmiş, konusşkilli forma vermişlər. Onlar kompyuter vasitəsilə bu həndəsi fiquru dəqiq hazırlamışlar. Burada spermatozoidlərin hərəkəti normadakından 2 dəfə zəif olur və o xaricdən maqnitlə idarə edilir. Mexaniki yolla spermatozoidin şiş toxumasına daxil edildiyi zaman onların membranı şişə dərman kimi təsir edir.
Alimlər apardıqları eksperiment zamanı buğa spermatozoidindən istifadə ediblər. Çünki, buğa spermatozidinin tərkibin insanın spermatozoidinə daha yaxındır. Şiş toxumasında spermatozoidlərin aktiv olması üçün onları daxil edərkən progestron hormonu da içəri ötürülür. Eksperimentlər zamanı əvvəlcə süni şiş toxuması üzərində əməliyyat aparılmış və spermatozoidləri şiş toxumasının yarısını məhv etdiyinin şahidi olmuşlar. Onların araşdırmaları spermatozoidlərin hərəkətliliyinin şiş toxumasının daxili strukturuna təsir etdiyini sübut etmişdir.
Dərman əvəzinə spermatozoidləri şiş toxumasına yeridilməsi orqanizmi toksiki təsirlərdən qoruyur. Çünki, spermatozoidlər orqanizm üçün patogen sayılmır. Onlar özləri çoxalıb asanlqla özgə orqanizminda yaşaya bilirlər.
Alimlər bu kəşfin qadınların cinsiyyət orqanlarnın onkoloji xəstəliklərin sağala biləcəyinə ümid edirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Xərçəng xəstəliyi spermatozoidlərlə müalicə olunacaq" haqqında müzakirə