YUMURTALIĞIN XƏRÇƏNGİ

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 3 631
  • 0 rəy

YUMURTALIĞIN XƏRÇƏNGİ
Yumurtalıqların xərçəngi qadın cinsiyyət orqanlarının bədxassəli şişləri arasında uşaqlığın xərçəngindən sonra ikinci yeri tutur. Yumurtalığın xərçəngi əsasən 40-60 yaş arasında olan qadınlarda təsadüf olunur. Yumurtalığın xərçəngi quruluşuna görə 3 yerə bölünür:
– birincili
– ikincili
– metastastik
Birincili xərçənğ yumurtalıqlqrın biricili zədələnməsində əmələ gələn xərçəngdir.
Bu xərçəngə karsinoma, disgerminoma, xorinepitelioma, qonadoblastoma aiddir.
Yumurtalığın ikincili xərçəngi yumurtalıqların xoşxassəli şişlərinin bədxassəli şişlərə keçməsindən əmələ gəlir. Bu şiş bədxassəli şişlərin 80-88%-ni təşkil edir. Çox vaxt yumurtalığın ikincili xərçəngi seroz sistadenomalardan əmələ gəlir.
Yumurtalığın metastatik xərçəngi birincili olaraq mədə-bağırsaq, mədə, süd vəziləri, qalxanabənzər vəzinin xərçənginin metastazı zamanı baş verir. Metastaz adətən ikitərəfli olur.
Klinik olaraq yumurtalığın xərçəngi heç bir əlamətlə özünü biruzə vermir. Xəstəlik zamanı qarın assit hesabına böyüyür. Xəstələr əsasən zəiflikdən, halsızlıqdan, yorğunluqdan, iştahanın azalmasından şikayətlənirlər.
DİAQOZU: Müasir dövrdə diaqnostika üsullarından transvaginal exiqrafiya, rəngli doppleroqrafiyaya, kompyuter və maqnit rezonans tomoqrafiya xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulmasında mühüm rol oynayır.
MÜALİCƏSİ: Yumurtalıqların xərçənginin müalicəsi cərrahi yolla aparılır. Xəstəyə şüa türapiyası və kimyəvi terapiya təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"YUMURTALIĞIN XƏRÇƏNGİ" haqqında müzakirə