2016-cı ildə tibbin 5 elmi açıqlaması
Tibb elmi günü-gündən inkişaf edir və sağalması çətin olan xəstəlikərin müalicəsini tapmağa çalışır.Mütəxəssislərin araşdırmaları yeni dərman preparatlarının,yeni protezlərin,yeni müalicə vasitələrinin yaranması üzərində daima çalışır.Tibb elminin inkişafı kütləvi epidemiyaların qarşısını almağa,xərçəngin erkən mərhələdə diaqnozu tapmaq və müalicə etməyə,daxili orqanların köçürülməsi zamanı əmələ gələn patologiyaların qarşısını almaq istiqamətində araşdırmalar aparır.
2016-cı ilin sonu çatdığına görə beynəlxalq tibbi araşdırmaılar zamanı il ərzində əldə edilən nəaliyyətlərin nəticələri qeydə alınmış və ilin 5 yeni elmi araşdırması açıqlanmışdır.
1 İnsultdan sonra toxumaların bərpası
2016-cı ildə ilk dəfə ayaqları iflic olmuş adamı ayağa qaldırmaq mümkün olub.Buna Stenford Universitetində 33-75 yaş arasında olan 18 xəstə üzərində aparılmış eksperiment nəticəsində nail olublar.Eksperimentdə iflic keçirib nitqini və gəzmək qabiliyyətinin itirmiş xəstələr iştirak edib.Eksperiment zamanı xəstələrin onurğa beyninə kök hüceyrələri köçürülüb.Kök hüceyrələri genetik modifikasiya edilmiş olur və Notch1 adlandırılıb.Bu hüceyrələr onurğa beyinin fəaliyyətini formalaşdırır və aktivləşdirir.Əməliyyat tətbiq edilən kimi xəstələrdə ürəkbulanma,baş ağrıları meyana gəlir.Amma,əlamətlər bir-neçə gün sonra keçib gedir.Xəstələr bir ay sonra öz hərəkətlərində dinamika hiss edib və bir il sonra xəstələr ayağa qalxıblar.
2 İnsulin şprislərindən xilas olmaq
Alimlər qanın şəkərə olan həssaslığını azaltmaq və insulinin miqdarını artırmaq üçün süni hüceyrələr əldə edilib.Alimlər onu dəri altına yerləşdirdikləri zaman gün ərzində bir-neçə dəfə insulin iynəsi vurmağa ehtiyac olmur.Bu araşdırmalar hələ ki,laboratoriyada siçanlar üzərində öz təsdiqini tapıb.Alimlər yaxın zamanlarda bunun insanlar üzərində tətbiq ediləcəyini söyləyirlər.
3 Xərçəngin yeni metodla müalicəsi
Yeni müalicə üsulu ilə həkimlər 90% xərçəng xəstələrində remissiya əldə ediblər.Yeni müayinə metodu öz təsdiqini ən çox leykomiyadan əziyyət çəkən xəstələrdə tətbiq edilib və yaxşı nəticə əldə edilib.
Bu məqsədlə eksperiment keçirilib.Eksperimentdə könüllü iştirak edən xəstələrin qanlarından bir miqdar alınmış və onlar qan laborator şəraitdə genetik modifikasiya edilib.Mütəxəssislər ilk dəfə leykomiyanın müalicəsində bu qədər yaxşı nəticə aldıqlarını qeyd ediblər.
4 Süni dərinin alınması
Hardvard Tibb Universitetinin və Massaçuset Texnologiya İnstitutunun alimlərinin birlikdə araşdırmalar texnoloji üsulla elastik plyonka hazırlayıblar.Sintetik plyonka dərinin bioloji funksiyasını yerinə yetirə bilir.Belə ki,dərinin sintetik olmasına baxmayaraq o hava keçirir və bədənin istiliyini xaricə buraxa bilir.Mütəxssislər bu dərinin insanlar üzərində keçirilən estetik əməliyyatlar zamanı istifadə edilə biləcəyini söyləyirlər.
5 Autofaqiyanın açılması mexanizmi
Bu ixtira üzərində TokioTexnologiya İnstututunun professoru işləmiş və 2016 –cı ildə Nobel mükafatı laureatı Mükafatına layıq görülmüşdür.Professor Esinorri Osumi məhv olmuş hüceyrə toxumalarının xaric olunma prosesinin elmi izahatını vermiş və gedişatını izah etmişdir.Bu proses orqanizmin istifadə olunmuş və ömrü başa çatmış toxumalarının istifadə edilrək yeni hüceyrələrlə əvəz olunmasına və insan ömrünün uzanmasına əbəb olacaq.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"2016-cı ildə tibbin 5 elmi açıqlaması" haqqında müzakirə