Apteçkanızda olan bu ucuz dərman sizə bir çox xəstəliklərdən sağalmaqda yardım edər. Böyrütkən kökünün dəmləməsi…
Apteçkanızda olan bu ucuz dərman sizə bir çox xəstəliklərdən sağalmaqda yardım edər. Böyrütkən kökünün dəmləməsi…
Böyrütkən çöl bitkisi olub, yabanı halda bitir. Bizim ölkəmizin iqlimi isə yetərincə böyrütkən kolunun əmələ gəlməsi üçün əlverişlidir. Müalicə məqsədilə onun kökündən nənə-babalarımız dəmləmə kimi istifadə edib. İndi isə apteklərdə onun hazır cövhəri satılır və siz onu çox ucuz qiymətə alıb istifadə edə bilərsiniz. Bəs bu cövhərin hansı xəstəliklərə faydfası var?
Böyrütkən kolunun cövhəri qan dövranını yaxşılaşdırır, orqanimdən artıq mayeni xaric edir. Bu dəmləmə orqanizmdən fiziki və zehni yorğunluöu aradan qaldırır.
Sizlərə böyrütkən kökü cövhərinin orqanizmdəki xəstəliklərə yaxşı təsit etməsi üçün aşağıdakı qaydaları təqdim edirik:
Diabet zamanı
25-50 damcı cövhər gündə 2 dəfə, yeməyə 30 dəqiqə qalmış qəbul edilir. Müalicə kursu 30 gündür. Cövhər qanda şəkərin miqdarını normallaşdırır.
Bu qayda ilə qəbul edilən böyrütkən kökünün cövhəri aşağıdakı xəstəliklərin də müalicəsi zamanı yardımçı olur:- * nevrozlar
- * xroniki yorğunluq
- * halsızlıq
- * baş hərlənməsi
Saç tökülmələri və kəpək zamanı
Böyrütkən kökündən hazırlanmış cövhəri saçları yumadan əvvəl baş dərisinə sürtmək tüklərin dibini möhkəmləndirir və dəridəki göbələk xəstəliklərinin sağalmasına yardım edir. Böyrütkən kökünün cövhəri tük soğanaqlarının qidalanmasına, saçların tez və sağlam uzanmasına yardım edir. Trixoloqlar saç diblərində kəpək olduğu zaman gündə 3 dəfə 20 damcı yeməkdən əvvəl böyrütkən kökü cövhəri (dəmləməsi) içməyi məsləhət bilir. Keçəlləşmə zamanı isə bu cövhəri saç yuyan şampuna əlavə etmək lazımdır.Yaraların sağalması zamanı
Böyrütkən kökü cövhəri yaraların degenerasiyasını sürətləndirir və sağalmasını tezləşdirir. Unun üçün gündə 3 dəfə yeməzdən 30 dəqiqə əvvəl 20 damcı cövhərdən içmək lzımdır. 1 çay qaşığı cövhəri 0,5 litr suya qataraq yaralara təptmə qoymaq da yaraların tez bir zamanda sağalmasına yardım edir.Yağlı dəri və qara nöqtlər
Bu zaman 5 damcı cövhər 1 xörək qaşığı siya əlavə edilir və üzün dərisi gündə bir-neçə dəfə silinir. Bu prosedur dərinin yağlılığının azalmasına və qara nöqtələrdən xilas olmağa yardım edir.Qırışlar və dəriyə qulluq
Üzünüzə sürtdüyünüz yumşaldıcı və ya qidalandırıcı kremlərin tərkibinə gündə bir dəfə 1 damcı böyrütkən kökü cövhəri əlavə etsəniz dərinizin gözəlləşdiyinin şahidi olacaqsınız. Bu vasitə dərini cavanlaşdırır və qırışların aradan qalxmasına yardım edir.Arterial təzyiq
Böyrütkən kökü cövhəri aşağı təzyiqi olanlar üçün əla dərman vasitəsidir. O arterial təzyiqi qaldırır.Bu çövhər sizin orqanizminizdə aşağıdakı problemlərdən xilas olmanıza yardım edəcək:
- * dəridəki səpgiləri sağaldır
- * qara nöqtələri aradan qaldırır
- * orqanizmin tonusunu yüksəldir
- * təzyiqin normal qalmasını stimulyasiya edir
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Apteçkanızda olan bu ucuz dərman sizə bir çox xəstəliklərdən sağalmaqda yardım edər. Böyrütkən kökünün dəmləməsi…" haqqında müzakirə