Dərman mənşəli təzyiqin əmələ gəlməsi

  • Müəllif: elnare
  • Tarix: 24 yanvar 2017
  • Baxış sayı: 2 481
  • 0 rəy

 Dərman mənşəli təzyiqin əmələ gəlməsi.
Dərman mənşəli arterial təzyiqin əmələ gəlməsi simpatik stimulyasiya və damarların saya əzələ hüceyrələrinin birbaşa təsirindən asılıdır. Simtatik stimulyasiya damarlara təsir etdikdə aşağıdakı patologiyalar meydana gəlir:
- vazokonstruksiya
- qanın laxtalanmasının yüksəlməsi
- retin-angiotenzin sistemin stimulyasiyası
- suyun ləngiməsi
- mərkəzi tənzimlyicilərin fəaliyyəti.
Adrenomimetiklərin (burun damcıları və zökəmə qarşı dərmanlar) və peroral kontraseptivlərin (tərkibində estrogen olan preparatlar) qəbulu arterial təzyiqin qalxmasına səbəb olur. Hipertoniyanın inkişafının əsas mexanizmlərinə renin-angiotenzin sisteminin stimulyasiyası və mayenin ləngiməsi aiddir.
Qlükokortikoidlər angiotenzin II və noradrenalinə qarşı damar reaktivliyinin artımı, həmçinin mayenin ləngiməsi nəticəsində arterial təzyiq artır.
Simptomatik arterial təzyiqin artması aşağıdakı ağırlaşmaların baş verməsinə səbəb olur:
- insult
- ürək çatışmazlığı
- hipertonik ensefalopatiya
- hipertonik kriz
- hipertonik retinopatiya
- aorta laylarının anevrizması.
Xəstəliyin gedişi və xəstənin vəziyyəti təyin olunana terapiyanın adekvatlığından və həkimin məslhətlərinə əməl etmədən, həmçinin hipertoniya ilə müşayiət olunan xəstəliyin gedişindən asılıdır.
Profilaktika məqsədilə ailəsində arterial təzyiqdən əziyyət çəkən adamlara vaxtaşırı həkim müayinəsindən keçmək tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dərman mənşəli təzyiqin əmələ gəlməsi" haqqında müzakirə