Ev şəraitində tüklərdən birdəfəlik xilas olmağın yolları.
Ev şəraitində tüklərdən birdəfəlik xilas olmağın yolları.
Bu qayda ilə tüklərinizi təmizləsəniz 10-20 gündə ən tez yeni tüklər əmələ gəlməyəcək.Şuqarinq nədir?
Aşağıdakı vasitədən istifadə etməklə siz ev şəraitində bədəninizdəki tüklərdən xilas ola bilərsiniz. Bu üsullu 2-3 dəfə tətbiq etmək tüklərin bir daha çıxmamasına səbəb olur. Üsulu kosmetoloqlar kəşf ediblər, amma, heç də onu tərtib etməkdən şikayətləri yoxdur. Sizlərə ev şəraitində ucuz qiymətə epilyasiya vasitəsini təqdim edirik. Şuqarinq şəkər pastası vasitəsilə tüklərdən xilas olmaq deməkdir. Bu epilyasiiya vasitəsi ən qədim epilyasiya növlərindən biridir. Ondan Qədim Misirdə və Hindistanda isstifadə ediblər. Bu vasitədən indi də istifadə edənlər çoxdur. Pastanın tərkibi şəkər tozundan ibarətdir. Onu ev şəraitin hazırlaya və ya hazır şəkildə ala bilərsiniz.
Şuqarinqin hazırlanması
10 xörək qaşığı şəkər tozu, 4 xörək qaşığı su, yarım limonun suyu və ya yarım çay qaşığı limon duzu götürülür. Bütün məhsullar dərin qabda qarışdırılır və zəif odun üzərində bişirilməyə qoyulur. Qabın ağzı örtülür və yanıb yapışmaması üçün arabir qarışdırılır. Qarışım qaynağa düşəndə şəffaflaşır və ondan qabarcıqlar çıxmağa başlayır. Qısa bir zamandan sonra qarışımın rəngi dəyişilir və karamel rəngini alır. Bu qaynamağa başlayandan təxminən 5-7 dəqiqə sonra baş verir. Hazır vəziyyətə gəldikdə qarışım pivə rəngini alır. Sonra qab odun üstündən götürülür və biz az soyudulur. Qarışımı əlinizə ala biləcək qədər soyuması kifayət edir. Ondan qoz böyüklükdə ələ alınır və tüklərin üstünə tüklərin əks istiqamətində 3-5 mm ölçüdə yayılır. Qarışım quruduqdan sonra isə tüklərin uzunluğu istiqamətində çəkilib qopardılır. Bu proseduru qollara, üzə, ayaqlara tətbiq eləmək olar. Prosedurdan sonra tükü qoparılan nahiyəyə losyon sürtülür.
Bu ayda ilə tüklərin çəkilməsi zamanı 10-20 gün müddətinə yeni tüklər əmələ gəlmir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ev şəraitində tüklərdən birdəfəlik xilas olmağın yolları." haqqında müzakirə