Bağırsaqlarınızdakı köpdən xilas olmaq istərisinizmi? O zaman mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 6 aprel 2017
  • Baxış sayı: 19 417
  • 0 rəy

Bağırsaqlarınızdakı köpdən xilas olmaq istərsinizmi? O zaman mütləq oxuyun!

Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqlarında köp əmələ gəlir. Bu isə qarın nahiyəsində diskomforta və həzm prosesinin pisləşməsinə səbəb olur.

Köpmə nədir?

Köpmə bağırsaqlarda qazların yığılıb qalmasıdır. Qazlar mədədə əmələ gəlir. Köpün əmələ gəlməsində isə qəbul etdiyimiz qidaların rolu böyük olur.

Bağırsaqlarda yığılıb qalmış qazlar qarının həcminin iri görünməsinə səbəb olur. Bununla mübarizə aparmağın isə müxtəlif üsulları var.

Qəbizlik

Qazların bağırsaqlarda yığılıb qalmasının səbəblərindən biri qəbizlikdir. Qəbizliyin isə meydana gəlməməsi üşün sulu yeməklərlə, lifli qidalarla qidalanmaq lazımdır. Bu cür qidalanma qəbizliyi azaldır və bu səbəbdən bağırsaqlarda köpmə əmələ gəlmir.

Karbohidratlar

Qida rasionunda karbohidratların azaldılması və ya çıxarılması köpün əmələ gəlməsinin qarşısını alır. Spirtli içkilər, şəkər və nişasta da köp əmələ gətirmək qabiliyyətinə malik olduğu üçün onların da qəbulunun azaldılması köp əmələ gəlmənin qarşısını alır.

Stress

Stress bağırsaqların və mədənin funlsiyasının pozulmasına birbaşa təsir edir. Bu səbəbdən də stress bağırsaqlarda qazların yığılıb qalmasına səbəb olur. Mütəxəssislər stress altında olan adamlara gərginliyi qısa müddətdə aradan qaldırmağı və meyvə qəbul eləməyi, su içməyi məsləhət bilir.

Su  

Əgər siz gün ərzində yetərincə su içmirsinizsə o zaman orqanizminizdə bir çox xəstəliklərin əmələ gəlməsinə özünüz səbəb olursunuz. Gün ərzində ən azı 7-8 stəkan su içmək bağırsaq fəaliyyətinizi artıracaq və köpün əmələ gəlməsinin qarşısını alacaq.

Tez və ayaqüstə qəbul edilən qidalar

Yemək yeyən zaman tələsməyin. Qısa müddət ərzində qəbul edilən qidalar yaxşı çeynənmədiyinə görə həzmə getməyi çətinlşir və bağırsaqlarda köp əmələ gəlir.
Yuxarıda yazılanları diqqətlə oxusanız sizin bağırsaqlarınızda qazlar yığılıb qalmaz və qarnınızdakı şişkinlik aradan qalxar.
Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla paylaşın və onları da mlumatlandırın!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bağırsaqlarınızdakı köpdən xilas olmaq istərisinizmi? O zaman mütləq oxuyun!" haqqında müzakirə