Donmuş qidalar və onların təhlükəsi

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 2 868
  • 0 rəy

Qida maddələri fiziki, kimyəvi və bioloji yollarla saxlanma üsullarına görə uzun müddət buzluqda saxlanıla bilir. Maye halında və tərkibində maye olan qidaların donması və kristallaşması, qidaların biokimyəvi və mikrobioloji tərkibini dəyişdirir. Bu dəyişikliyin təsiri qidanın davamlılığına çox təsir edir. Qidaların orqanizm üçün zərərli olmamasına diqqət yetirərkən aşağdakıları nəzərə almaq lazımdır:
* Buzluğun temperaturu -18*0-də sabit olmalıdır.
* Buzluğun qapısı tez-tez açılmamalıdır.
* Buzluğun tempraturu -18*- dən az olmamlıdır.
* Qidaların yeyilməsi üçün mülayim temperaturda isinməsi gözlənilməlidir.
* Buzluqda qalan qidaların öz keyfiyyətlərini itirməməsi üçün dəfələrlə isidilib, yenidən buzluğa qoyulmamalıdır.
* Buzluğa yalnız keyfiyyətli qidalar qoyulmalıdır.
* Meyvələr təbii yollarla yetişdirilib öz mövsümündə buzluğa qoyulduqda keyfiyyətini itirmir.
* Buzluğa qoyulan qidalar birdəfəlik istifadəyə lazım olan qədər qoyulmalıdır.
* Buzluğa qoyulan qidalar xüsusi paketlərdə saxlanılmalıdır.
* Buz gözündə saxlanılan tərəvəzlər oradan çıxarıldıqdan sonra dərhal soyuq suya salınıb donu açılmalı və suyu süzülməlidir.
* Buzluğa isti və ilıq qida qoyulmamalıdır.
* Buzluğa sərt qablarda qida qoyulmamlıdır.
* Qidaları paketə yığarkən paketin içərisindəki hava çıxarılmalıdır.
* Buzluğa qoyulan paketin üzərinə içərisində olan qidanın adı yazılmalıdır.
* Buzluqdan çıxarılan qidalardan qısa müddət ərzində istifadə edilməlidir.
* Vaxtaşırı buzluq təmizlənməli, buzu əridilməli və qurudulmalıdır.
* İşıqlar söndüyü zaman buzluğun gözü açılmamalıdır.
* Buzluğun təmizlənməsi üçün orada qidaların az olduğu və soyuq havalı günlər seçilməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Donmuş qidalar və onların təhlükəsi" haqqında müzakirə