Baş bitinin əmələ gəlməsi və müalicəsi
Baş bitinin əmələ gəlməsi və müalicəsi.
Başın bitlənməsi bit paraziti tərəfindən törədilir. Bit başda, qasıqda və paltarlarda əməl gəlir. Yaşadığı yerindən asılı olaraq bitlərin özləri də fərqli olur. Bitlər insana təmas yolu vasitəsilə yoluxur. Yəni, bit insandan-insana eyni yataqda yatmaqla, eyni darağı və paltarı istifadə etməklə yoluxur.
Bit yerləşdiyi yerdə qaşıntı verir, saç tellərinə yapışaraq kəpəyə bənzər bit yumurtaları (sirkə)qoyur. Bitlər tüklərə yapışaraq qalır və yerindən tərpənmir. Onlar 3 cüt ayaqları olan 2mm-dən kiçik həşəratlardır. Bitlənmə həm insanlarda, həm də heyvanlarda baş verə bilir. Amma hər iki canlıda olan bitlənmə fərqli bitlər vasitəsilə törəsdilir.
Müasir günümüzdə bit insanların sosial həyatında tez-tez rastlanan və insanları qaşınma ilə narahat edən bir problem sayılır. Bitlənmə ən çox saçlarda baş verir. Amma yoluxma zamanı qoltuq altında ,qaşlarda və hətta kipriklərdə də bitləmnə baş verə bilir. Bitlənməyə dünyanın ən inkişaf etmiş ölkələrinin məktəb uşaqları arasında belə rast gəlmək olur. Ən çox da saçları uzun olan qızlar bitlənməyə meyilli olurlar. Məktəblilərdə bitlənmənin yayılması daraq, qulaqcıq, baş örtüyü və s. səbəbindən əmələ gəlir. Bitlənmə təmizlik qaydalarına əməl edən adamlarda da baş verə bilir.
Bitlər saçlarda yumurta qoyur. Bu yumurtalar saç telinə yapışır və çətinliklə qopur. Bitin dişlədiyi yerdə isə qırmızı nöqtə olur.
Bitlənmə pedikülositlər vasitəsilə təmizlənir. Bu zaman permetrin, lindan, malatyon, antibit və ya piretrinlərdən istifadə edilir. Bu dərman və şampunlardan azyaşlı uşaqlar və hamilələr də istifadə edə bilərlər. Mütəxəssislər dərman və bit şampunlarından istifadə etməklə yanaşı saçlarında bit olan adamı gün ərzində saçlarını isladaraq 3-4 dəfə daramağı məsləhət körürlər. Çünki saçlar yaş olduqda bitlər hərəkətsiz olur və asanlıqla saçdan qopub ayrıla bilir. Paltar bitindən xilas olmaq üçün isə bədəndə olan tüklər qırxılmalı və paltarlar qaynadılıb geyinilməlidir.
Bitlənmədən əziyyət çəkən adamın müalicəsi ilə yanaşı onunla təmas edənlərin də bit müalicəsi aparılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Baş bitinin əmələ gəlməsi və müalicəsi" haqqında müzakirə