Qadınların əksəriyyəti niyə seksdən həzz almır?
Bu sahə üzrə ekspert Emili Naqoski uzun müddət araşdırmalar aparmış və aşağıdakı nəticəyə gəlmişdir. Onun yazdıqlarını sizinlə bölüşmək istəyirəm.
Ekspert qadınların intim həyat barədə uzun müddət araşdırmalar aparmışdır. Emili Naqoskinin qeydlərinə görə qadının intim həyatı onun xarici quruluşu və psixoloji vaziyyəti ilə əlaqədardır. Qadının seksdən həzz alması üçün onun beyni sakit olmalıdır. Qadının partnyoruna qarşı olan inamsızlığı, stress faktorlar, özünə qarşı qorxu və inamsızlıq həddindən artıq həssaslaşmasına və yataqda həvəssiz olmasına səbəb olur.
Gündəlik iş və ev qayğıları, partnyoru tərəfindən qayğı görməmək, iş yerində kolleqalarla olan münaqişələr də qadının cinsi həyatına mənfi təsir edir. Qadınların neqativ emosiyalarla yüklənməsi onun sinir sisteminə mənfi siqnallar daşıyır və beyin mərkəzlərində qıcıqlanmalar meydana gəlir. Bu qıcıqlanmalar isə uzun müddət yığılaraq qadının sinr sistemini zəiflədir ki, bu da özünü qadının cinsi həyatında göstərir.
Ekspertlər Emili Naqoskinin fikirlərini təsdiqləyir və bundan çıxış yolu məqsədilə qadınların gün ərzində özlərinə zaman ayırmalarını məsləhət görürlər. Belə ki, qadının öz xarici görünüşünə diqqət yetirməsi, gün ərzində 30 dəqiqə də olsa idmanla məşğul olması onun özünə qarşı olan inamını artırır və onu özünə bir qadın kimi hiss etdirər. Qadın olduğunu xatırlayan hər bir kəs isə yataqda partnyorundan seks zamanı həzz alar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qadınların əksəriyyəti niyə seksdən həzz almır?" haqqında müzakirə