Bu maskalardan ev şəraitində istifadə etməklə saçlarınızın tökülməsinin qarşısını ala bilərsiniz

  • Müəllif: admin2
  • Tarix: 22 fevral 2017
  • Baxış sayı: 1 155
  • 0 rəy
Bu maskalardan ev şəraitində istifdə etməklə saçlarınızın tökülməsinin qarşısını ala bilərsiniz
Saçların tökülməsi ciddi problemdir. Bu problem estetik görüntünü pozduğuna görə əksər hallarda qadınların əsəb sisteminə təsir edərərək korlayır.
Sizlərə ev şəraitində maska qoymaqla saç tökülməsinin qarşısını alan bir- neçə üsul təqdim etmək istəyirəm. Maskaları qoyarkən isə bəzi qaydalara əməl eləmək lazım gəlir. Bu qaydalara aiddir:
* Maska qoymanın müalicə kursu 8-12 prosedur arasında olmalıdır.
* Həftə ərzində 2-3 maskadan artıq qoyulmamalıdır.
* Müalicədən yaxşı effekt əldə etmək üçün hər dəfə eyni maska qoyulmamalıdır.
* Maskaların tərkibində yandırıcı maddələr (istiot, qorçitsa və s.) olduğuna görə ilk maskaları qoyarkən bu maddələrdən az miqdar istifadə etmək lazımdır. Bu zaman dəri, yandırıcı maddələrə tədricən uyğunlaşır.
* Maska qoyduqdan 2-3 saat sonra küçəyə çıxmaq olmaz.
* Maska qoyulan müddətdə polivitaminlər qəbul edilərsə, müalicə daha effektli olar.
Soğan suyu maskası.
Soğan suyu saç dərisinə qan axınını sürətləndirir və mübadiləni yaxşılaşdırır. Əgər dərinizdə həssaslıq varsa, o zaman soğan suyuna az miqdarda qatıq əlavə edə bilərsiniz. Bunun üçün soğan ət maşınından keçirilir və suyu sıxılıb tüklərin dibinə sürtülür. Soğan suyu maskası tüklərin dibində olan xəstəlikləri aradan qaldırmaqla tüklərin dibini möhkəmləndirir. Maska saçda 20-30 dəqiqə saxlanılır.
Aloe maskası.
Aloe ət maşınından keçirilir və horra halına gətirilir. Aloe saçların dibinə sütülür. Aloe horrasına az miqdar bal qatıb saçların dibinə sürtdükdə maskanın tərkibi daha da mükəmməl olur. Aloe maskası tük diblərini qidalandırır, möhkəmləndirir. Bu maskadan istifadə etməklə tüklərin qalınlaşmasının da şahidi ola bilərsiniz. Maska saçda 20-30 dəqiqə saxlanılır.
Gicirtkən maskası.
Bu maskanı hazırlamaq üçün 1 çay qaşığı jojoba yağına yarım stəkan gicirtkənin aptekdən alınmış cövhəri və 1 yumurtanın sarısı əlavə edilib qarışdırırlır və saçların dibinə sürtülür. Əgər təzə gicirtkən varsa, o zaman bir stəkan təzə yarpağı 30 dəqiqə dəmləmək və aptekdən alınma cövhərin əvəzinə istifadə etmək lazımdır. Bu daha effektli olur. Qarışım eyni kütlə halına gətirilir və saçların dibinə sürtülür, 40 dəqiqə saxlanılır. Bu maskanın tərkibində olan vitaminlər tük dibi follikullarının dərindən qidalandırır, möhkəmləndirir və saçların uzanmasına səbəb olur. Maska saçda 30 dəqiqə saxlanılır.
Avokado maskası.
Gün ərzində yediyiniz salatlara avokado əlavə edərək bir miqdar avokadonu da balla qarışdırıb saç dibi və saçların uzununa sürtmək çox faydalıdır. Bu maskadan həftədə 2 dəfə istifadə etmək saçların uzanmasına yardım edir.
Gil maskası.
Gilin tərkibində çoxlu mikroelementlər və minerallar vardır. Quru saçlara qaymaqla gilin qarışımından hazırlanan maska baş dərisini və tükərin dibini möhkəmləndirir, saçqıranları aradan qaldırır. Maska saçda 40 dəqiqə saxlanılmalıdır.
Acı bibər yağı maskası.
Qırmızı acı bibərin yağı saçların dibinə sürtülür. Bir müddət yandırmağa başladıqdan sonra 5-10 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.
Sehirli maska.
Bu maska saçları möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır və tük köklərini qidalandırır. Maskanı hazırlamaq üçün 1 xörək qaşığı soğan suyu, 1 yumurtanın sarısı, 1 xörək qaşığı bal və 2-3 xörək qaşığı turp yağı qarışdırırlır, saçların dibinə sürtülür. Maska saçlarda 40 dəqiqə saxlanılır və yuyulur.
Duz maskası.
Duz maskası da saçların tökülməsinin qarşısını alır. Bu zaman isti suya yodlu duz əlavə edilir və qatı duzlu maddə hazırlanır. Duzlu su saçlara sürtülür və sonra isti su ilə yuyulur. Bu maska həftədə 1-2 dəfə təkrarlanır.
Kivi maskası.
3-4 kivi ət maşınından keçirilir və üzərinə bir çay qaşığı konyak və ya araq əlavə edilərək qarışdırılıb başın dərisinə sürtülür. Maska saçda 20-30 dəqiqə saxlanılıb yuyulur. Kivi maskasının saçlara təsiri çox gözəl olur.
Qorçiçnik maskası.
Bu maskanı hazırlamaq üçün 1 xörək qaşığı quru qorçiçnik tozuna 2 xörək qaşığı bitki yağı və 1 yumurtanın sarısı əlavə edilərək qarışım hazırlanır. Qarışım tüklərin dibinə sürtülür və bir müddət saxlanılıb yuyulur. Bu maskanı baş dərisində çox saxlamaq dəridə yanıqların əmələ gəlməsinə səbəb ola bildiyinə görə mütəxəssislər onu yanğı hissi başladıqdan az müddət sonra yumağı məsləhət bilirlər. Maska saçların tökülməsini almaqla yanaşı tüklərin dibini də qidalandırır.
Retinol maskası.
1 stəkan qaynar suya 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı qaymaq və 1 xörək qaşığı retinol (vitamin A) əlavə edilir və qarışdırılıb başın dərisinə massaj vasitəsilə sürtülür.
Maska sürtüldükdən sonra saçların üstü polietilen örtüklə örtülməli və mütləq dəsmalla bağlanmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Bu maskalardan ev şəraitində istifadə etməklə saçlarınızın tökülməsinin qarşısını ala bilərsiniz" haqqında müzakirə