Cizvələr və üz maskaları
Cizvələr üzdə əmələ gələn ağ və qara nöqtələrdir. Əmələ gəlmə səbəbi məlum olmayan cizvələrə ən çox yağlı dərilərdə rast gəlinir. Bəs bu cizvələrlə necə rəftar etmək lazımdır?
Üzdəki cizvələri sıxmaq məsləhət görülmür. Çünki bu yolla dərialtı toxumaya infeksiya düşə bilər. Cizvələri ev şəraitində buxara verməklə təmizləmək lazımdır. Bunun üçün çobanyastığı çiçəyinin dəmləməsindən istifadə etmək daha faydalıdır. Lakin üzü buxara verdikdən sonra üzə krem çəkmək olmaz.
Üzündə cizvələr olan adamlar pəhrizə də riayət eləməlidirlər. Belə adamlara ədviyyatlı, tünd qidalardan, şirniyyatlardan, ağ çörəkdən və kartofdan az istifadə etmək tövsiyyə olunur.
1. 20 qram mayanı bir az süd ilə qarışdırıb 25 dəqiqə üzdə saxladıqdan sonra əvvəlcə isti, sonra isə soyuq su ilə yuyulur. Bu maska tez-tez üzündə cizvə əmələ gələn adamlar üçün xeyirlidir. Həftədə 1 dəfə bu maskadan istifadə etmək üzdə əmələ gələn cizvələrin sayını azaldır və dərini təravətli edir.
2. Üzündə cizvələr olan adamlar üzlərini yumaq əvəzinə salisil və kamfora spirti ilə üzlərini silsələr, cizvələr daha tez sağalar.
3. Yağlı, sızanaqlı üzə malik olanlar bağayarpağı maskası ilə üzlərinə qulluq etsələr, dəridəki problemlər aradan qalxar.
4. Üzündə sızanaqlar olan adamlar hər səhər acqarına 1 qaşıq bal yesələr və 1 stəkan soyuq su içsələr bir müddət sonra sızanaqların azaldıqlarını görəcəklər.
Qırmızı sızanaqları olan dəri üçün aşağıdakı reseptin faydası 10 gün müddətinə özünü göstərir:
1-ci maska
– 4 hissə odekalon
– 4 hissə üzüm sirkəsi
– 2 hissə 2 %-li bor turşusu
2-ci maska
– 1 hissə 2%-li bor turşusu
– 1 hissə hofman damcıları
Maskanın tərkibindəkilər qarışdırılır və hər gün üzün dərisi silinir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Cizvələr və üz maskaları" haqqında müzakirə