Aşağıdakı maska sizin saçlarınızı daha parlaq və gözəl edə bilər.

  • Müəllif: elnare
  • Tarix: 26 may 2017
  • Baxış sayı: 4 399
  • 0 rəy

Aşağıdakı maska sizin saçlarınızı daha parlaq və gözəl edə bilər.

Çoxları saçlarının parlaq və gözəl görünməsi üçün bahalı maska və şampunlardan istifadə edir. Lakin, bunun müvəqqəti olduqğundan xəbərləri olmur. Kimyəvi vasitələrlə hazırlanmış saç masklarının tərkibində sulfat və paraben olur. Bu da saç dərisinin qurumasına səbəb olur. Maskaların isə saçlara təsirinin ömrü uzun olmur. Aşağıdakı vasitələrdən istifadə edərək ev şəraitində özünüz maska hazırlayıb saçlarınızın sağlam olmasına səbəb ola bilərsiniz. Bu maska təbii vasitələrlə hazırlanır və saç dərisinə heç bir mənfi təsir eləmir. Maskanın tərkibi aşağıdakılardan ibarətdir:

  • * bal – 3 xörək qaşığı
  • * darçın – 3 xörək qaşığı
  • * saç üçün balzam – 5-6 qaşıq

Bal tərkibində olan vitamin və minerallarla saçların qidalanmasını təmin edir. Bal saçlara təbii gözəllik, parlaqlıq və möhkəmlik bəxş edir. Darçın saçların inkişaf eləməsini stimulyasiya etməklə yanaşı saç diblərinin də möhkəmlənməsinə səbəb olur. Saç üçün balzamın tərkibində olan kompanentlər saçların yumşaq olmasına və saçların havalı olmasına səbəb olur. Qarışım tük follikullarının sağlamlaşmasına, dəridəki aqressivliyin aradan qalxmasına, saçların möhkəm və sağlam olmasını təmin edir

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıdakı maska sizin saçlarınızı daha parlaq və gözəl edə bilər." haqqında müzakirə