CAVANLAŞDIRMA RESEPTLƏRİ

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 083
  • 0 rəy

Buğdanı hamımız tanıyırıq. O bir sutka ərzində suda qalsa insan orqanizminə faydası 100 dəfə artır.

Aşağıdakı orqanizm üçün faydalı reseptlərə kim 2 həftə əməl etsə, onun nəinki bədən müqaviməti artacaq, hətta həyata baxışı da dəyişiləcək:
Qoz ləpəsinin 1 kiloqramının üstünə soyuq su töküb, soyuducunun alt gözündə 2 həftə saxlayın, gün ərzində 2 dəfə qarışdırın. 2 həftə sonra qoz istifadəyə yararlı vəziyyətə düşür. Səhər və axşam 3 qoz yeyilir. Bu resept sizə yeni gümrahlıq gətirəcək, toxumalarınızı cavanlaşdıracaq, immun sisteminizi yüksəldəcək, əsəblərinizi sakitləşdirəcək, sümük toxumanızı möhkəmləndirəcək.
Maddələr mübadiləsini normallaşdıran içkilər.
Sizə asan başa gələn və maddələr mübadiləsini yaxşılaşdırıb, çəkini aşağı salan resept təqdim edirəm.
Birinci resept:
Yuyulub yaxşı qurulanmış, 7 qaşıq quşarmudunun üzərinə 3 qaşıq gicitkən əlavə edilir və 2 dolu stəkan qaynar su tökülüb su hamaında 10 dəqiqə dəmlənir. Sonra dəmləməni odun üstündən götürüb, ağzını kip bağlayaraq 3-4 saat üstü örtülü saxlanılır. Daha sonra ikiqat tənzifdən süzüb, gün ərzində 4 saatdan bir içmək lazımdır.
İkinci resept:
Kefirin üzərinə toz şəklində olan qırmızı acı bibər, zəncəfil və sarıkök ( hərəsindən yarım çay qaşığı) əlavə olunur. Bu resept bədəndə olan piyləri əridir, aclıq hissini aradan qaldırır. Dietoloqların əksəriyyəti bu resepti öz xəstələrinə məsləhət görürlər.
Üçüncü resept:
Nanə yarpağının qurusu, təzə xiyar, iri limon, 1 çay qaşığı zəncəfili blenderdə üyüdüb, üzərinə 2 litr su əlavə olunur. Soyuducunun alt gözündə saxlanılır gün ərzində 1 dəfə yarım stəkan içilir.
Dördüncü resept:
Bir dilim zəncəfili sürtkəcdən keçirib üzərinə qaynar su tökülür, zəif xodda dəmlənir. Üzərinə bal və təzə limon şirəsi əlavə olunub, şüşə qaba tökülərək ağzı kir örtülür, yarım saatdan sonra tənzifdən süzülür. Sonra gün ərzində su ilə birlikdə az-az içilir.
Beşincı resept:
İki stəkan qaynar suya 2 çay qaşığı yaşıl çay əlavə olunub 5-7 dəqiqə dəmlənir, sonra içinə iki qaşıq darçın və zəncəfil əlavə olunur. İçki ətirli olsun deyə üstünə qərənfil yarpağı və darçın əlavə edilir. Qarışımı yenidən odun üstünə qoyub və qaynayan kimi göturulür, bal əlavə edilir. Alınan bitki çayını gündə 4-5 dəfə yarım stəkan içmək lazımdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"CAVANLAŞDIRMA RESEPTLƏRİ" haqqında müzakirə