Saçların uzanmasını necə sürətləndirmək olar?

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 640
  • 0 rəy

Saçların uzanmasını necə sürətləndirmək olar?
Uzun saçlar həmişə dəbdə olub. Uzun və gözəl saçlara sahib olmaq hər bir qızın arzusudur. Bəs necə eləmək olar ki, saçlar tez uzansın. Gözəl və canlı saçlar təbiət tərəfindən hər kəsə bəxş edilmir. Amma saçların uzanması demək olar ki, hamıda eyni templə gedir. Saçların düz və ya qıvrım olmasından asılı olmayaraq uzanması keçəllərdən başqa hamıda eyni sürətlə baş verir. Bəs saçların uzanmasını necə sürətləndirmək olar? Saçların qırılmasının və tökülməsinin qarşısını necə almaq olar?
Hər bir qız istədiyi saçlra sahib ola bilmir. Saçların tökülməsi sürətlə, əmələ gəlməsi isə ləng baş verən bir prosesdir.
Saçların tökülməsi keyfiyyətsiz qidalanmadan, stresslərdən, keyfiyyətsiz şampunlardan və saçlara qulluq etməməkdən baş verir.
Orqanizm yetərincə yaxşı qidalanmadıqda başın dərisi də vitaminsizləşir və saçların əmələ gəlməsi, uzanması ləngiyir.
Bəzən saçların korlanmasına və qırılmasına müxtəlif saç düzümləri də səbəb ola bilir.
Saçlara qulluq etmək üçün istifadə edilən vasitələri də aldıqda diqqətli olmaq lazımdır. Belə ki, keyfiyyətsiz məhsul və saçların baş dərisinin korlanmasına səbəb olur. Alınan məhsullardan istifadə edərkən onların istifadə qaydasına düzgün əməl etmək lazımdır.
Müxtəlif kimyəvi saç rəngləri və zavivkalar da saçları korlayır.
Bəs saçların uzanmasını necə sürətləndirmək mümkündür?
Saçların tez-tez daranması baş dərisində qan dövranını yaxşılaşdırır və saçların uzanmasına səbəb olur. Saçlara vaxtaşırı maskalar qoymaq uzanmasına səbəb olur.
Müasir tibbdə kosmetoloqlar daxilə stimulyatorların qəbulunun saçların uzanması üçün faydalı olduğunu söyləyirlər. Bunun üçün gərək lazım olan preparat lazım olan miqdarda qəbul edilsin.
Bəzi xalq təbabəti vasitələrindən də istifadə etməklə saçların uzanmasına nail olmaq olur. Bu vasitələr baş dərisində qan dövranını yaxşılaşdırır və saçların uzanmasına səbəb olur.
Xalq təbabəti vasitələrindən bəzilərini sizlərə təqdim edirəm:
1. Saçlarınızı yuduqdan sonra daima gicirtkən suyu ilə yaxalasanız saçlarınızın uzanmasının sürətləndirər.
2. Soğan maskasından istifadə edin. Bunun üçün soğanı sürtkəcdən keçirib balla atmaq lazımdır. 4 qaşıq soğan və 1 qaşıq balla hazırlanmış qarışım saç dibinə çəkilir və 40 dəqiqə gözlənilir. Bu zaman saçlardan maskanı mütləq şampunla yumaq lazımdır, çünki saçda iy qala bilər.
3. 1 qaşıq konyak 6 qaşıq sürtkəcdən keçirilmiş turp kökü ilə qarışdırılır və başın dərisinə sürtülür. 1 saat sonra saçlar isti su ilə yuyulur.
4. Aloe, konyak və bal eyni miqdarda götürülüb qarışdırılır. Maskanı həm saç dibinə, həm də saçların özünə sürtüb selofan və isti dəsmalla bükmək, 1 saat sonra yumaq lazımdır. Bu zaman saçları isti su ilə şampunsuz yumaq lazımdır.
5. 2 xörək qaşığı qorçitsa, 2 xörək qaşığı zeytun yağı ilə qarışdırılır və üzərinə 3 qaşıq kefir əlavə edilir. Saçları dibindən uclarına qədər sürtüb yarım saat sonra yumaq lazımdır.
6. 2 xörək qaşığı qorçitsa, 2 xörək qaşığı qaynar su, 1 yumurtanın sarısı, 2 xörək qaşığı zeytun yağı qarışdırılır. Maska başın dərisindən saçların ucuna qədər sürtülür, saçlar selofanla örtülür və dəsmalla bükülür. Maskanı saçda 15-60 dəqiqə saxlamaq olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Saçların uzanmasını necə sürətləndirmək olar?" haqqında müzakirə