Saçlara qulluq

  • Müəllif: redaktr
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 442
  • 0 rəy

Saça qulluq üçün aşagıdakı məsləhətlərə əməl etmək tövsiyə olunur:
-ilıq su ilə yumaq
-qaynar fendən istifadə etməmək
-hər gün saçın dibini masaj etmıək
-saçı yuduqdan sonra saçı bir neçə dəqiqə qurulamaq
-saçı gündə bir neçə dəfə taxta daraqla müxtəlif istigamətlərdə daramaq onu daha elastik və parlaq edir
-saçı oz tipinə uyğun şampunla yumaq
-saçda tağ ayırarkən,onun yeri tez-tez dəyişilməlidir ki, həmin yerdə saçlar tökülərək keçəllik əmələ gəlməsin.
-saçın qırıq və haçalanmış uclarinin uzanmasına imkan verməmək
Saçqıranlar üçün maskalar:
-Qəhvə fincanı qədər mayonez təzə yuyulmuş saçın uclarına sürtülür. Sonra başı dəsmalla bağlayaraq 30 dəqiqə sonra saçlar yuyulur.
-Yarım paket yaş mayanın içinə 3 xörək qaşıgı zeytun yağı, 1 xörək qaşıgı bal, 2 xörək qaşığı süd qatılaraq qarışdırılıb quru və təmiz saçlara sürtülür, 30 dəqiqə sonra yuyulur.
-3 xörək qaşığı bala yarım limonun suyu qatılır, quru və təmiz saça sürtülərək 30 dəqiqə sonra yuyulur.
-1 ədəd banan əzilərək bir az zeytun yağı ilə qarışdırılıb, quru və təmiz saça sürtülür, 30 dəqiqə sonra yuyulur.
Saçları kəpəkdən azad etmək üçün gicitkan dəmləməsindən istifadə edilir.
Açıq rəngli saçları çobanyastığı dəmləməsi, tünd rəngli saşları gicitkan dəmləməsi, bütün növ saçları limon turşusu və ya sirkə qatılmış su ilə yaxalamaq olar.
Yağlı saçlar üçün maska:  yumurta ağına ayrılıqda çobanyastıgı dəmləməsi, maya və ya quru xardal əlavə edərək bir neçə canlandırıcı vasitə almaq mümkündür. Maskaları saça çəkib qurutduqda sonra yumaq lazımdır. Quru saçları isti su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar.Maska saça çəkildikdən 1 saat sonra yuyulur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Saçlara qulluq" haqqında müzakirə