Saunanın aşağıdakı xəstəliklərə faydası var.
Adətətən Fin hamamı kimi tanınan saunanı bir çox xəstəliklərin qoruyucusu və bir çox problemlərin həlli kimi təqdim edirlər. Bu əslində belədir. 15 dəqiqəlik saunanın istisi bir günün yorğunluğunu aradan qaldırır. Saunadan doğru istifadə etmək sümük və əzələ sistemində olan narahatçılıqları aradan qaldırır. Belə ki, isti buxarın təsirindən sinirlərdə və əzələlərdə olan ağrılar, gərginliklər aradan qalxır. Saunanın istisi oynaq və revmatizma ağrılarından da qurtarmağa yardım edir. Bir dəfə sauna qəbul eləmək oynaq ağrılarını 40-70% azaldır.
Sauna tərləmə yolu ilə toksinlərin orqanizmdən xaric olmasına və dəridəki sızanaqlarında təmizlənməsinə səbəb olur. Sauna qəbul edən adamlarda əzələ gərginləşmələri aradan qalxar və yorğunluq və stress yox olur. Dərialtı qan damarlarının genişlənməsi səbəbli dəriyə qanın yaxşı işləməsi dəri xəstəliklərinin də qarşısını almaqda yardımçı olur. Ancaq saunada olan quru, isti hava ürək və qan-damar sisteminə təsir etdiyi üçün yüksək təzyiqi və ürəkdöyünməsi olan xəstələrin ehtiyatlı olması lazımdır.
Saunanın stress azaltma xüsusiyyəti immunitetin artmasına səbəb olur ki, bu da sauna qəbul edən adamların gümrahlaşmasına səbəb olur. Düzgün uyğulanan sauna əzələ və sümük ağrılarını isti ilə müalicə edir.
2010-cu ildə Amerikada və İtaliyada aparılan araşdırmalar mütəmadi olaraq saunadan istifadə edən oynaq xəstələrində hərəkətin artdığını və ağrıkəsicidən istifadənin azaldığı qeyd edilmişdir.
Mütəxəssislər uşaqlar və hamilə qadınların da saunadan istifadə edə biləcəyini söyləyirlər. Amma onların sauna qəbul etmə müddəti nəzarət altında saxlanılmalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Saunanın aşağıdakı xəstəliklərə faydası var." haqqında müzakirə